Neft bazarında müsbət ab-hava yaranıb
Çərşənbə günü ABŞ-da rəsmi neft ehtiyatları göstəriciləri açıqlanacaqdır. "Bloomberg"in sorğusuna görə, neft ehtiyatları ötən həftə 3 milyon barrel azalacaqdır. Əgər bu gözlənti baş tutarsa, ehtiyatlar ardıcıl beş həftə azalmış olacaqdır.
"Marja" xəbər verir ki, Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) ölkələrinin və tərəfdaşlarının 30 Noyabrda keçiriləcək iclasda Mart ayının sonunda bitəcək hasilatın azaldılması müqaviləsini uzadacaqları gözlənilir. Bu səbəbdən neft qiymətləri yüksəlməyə meyl edir.
Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatlarındakı azalma davam edir, ancaq bu ehtiyatlar hələ də beş il ortalamadan təxminən 70 milyon barrel çoxdur.
Analitiklər bildirirlər ki, müqavilənin müddətinin uzadılacağının gözlənilməsi ilə bazarda müsbət hava var. 2018-ci ildə tələbin daha da artması ilə neft qiymətləri hazırkı səviyyələrdən bir qədər də yüksələ bilər.
Bakı vaxtı ilə saat 08:00-da Brent nefti 57,46 dollrdan, ABŞ xam nefti isə 52 dollardan alıcı tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
























