Bakıda üçtərəfli lizinq görüşü
Ölkədə lizinq bazarının canlandırılması məqsədi ilə Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) arasında üçtərəfli görüş keçirilib.
Bu barədə ALŞA-nın sədri Elçin Əhmədov məlumat verib.
Onun sözlərinə görə, görüşün məqsədi lizinq bazarındakı vəziyyəti, mövcud problemləri müzakirə etmək, lizinqin təşviq edilməsi yollarını müzakirə etmək olub:
“Söhbət MBNP-nın bu bazara nəzarət etməsindən, lizinq fəaliyyətinin lisenziyalaşdırılmasından getmir. Sadəcə, dövlət qurumunun lizinqin təşviq edilməsində gələcək rolu barədə müzakirələr aparılıb”.
E.Əhmədov onu da deyib ki, hazırda lizinq şirkətləri demək olar, ancaq yığımla məşğuldur:
“Lizinq bazarındakı vəziyyət bank sektorundakı vəziyyətlə əlaqəlidir. Təbii ki, banklar kreditləşdirməni məhdudlaşdırdığı kimi, lizinq şirkətləri də maliyyələşməni məhdudlaşdırıb. Həm müştəri azdır, həm də şirkətlər yeni risklərə getmək istəmir, odur ki, hələ yığımla məşğuldurlar. Lakin istənilən halda onların bazarı tərk etməməsi müsbət haldır”.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)









