970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu

Bank Respublika növbəti sosial mükafata layiq görüldü
iç səhifə xəbər başlığı altı (mobil)_31
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
iç səhifə xəbər şəkil altı (mobil)_32

(®) Korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi çoxsaylı təşəbbüslərlə cəmiyyətə dəyər yaratmağa davam edən Bank Respublika növbəti dəfə təltifə layiq görülüb.

Reklam_3_11

Ümumdünya Qan Donoru Günü münasibətilə Respublika Qan Bankı tərəfindən təşkil olunan tədbirdə Bank Respublika qan donorluğunun təşviqi və bu sahədə göstərdiyi davamlı dəstəyə görə xüsusi mükafatla təltif edilib.

Bank Respublika-da qanvermə aksiyaları artıq sadəcə bir tədbir deyil, əməkdaşları ortaq dəyər ətrafında birləşdirən gözəl ənənəyə çevrilib. Bankın Baş Ofisində hər il təşkil olunan aksiyalar çərçivəsində əməkdaşlar könüllü olaraq donor olur, ehtiyacı olan insanların müalicəsinə dəstək göstərir və həyatlara ümid bəxş edir.

Bu il keçirilən qanvermə aksiyasında da Bankın İdarə heyətinin sədri, rəhbər heyəti və əməkdaşları fəal iştirak edərək talassemiya, hemofiliya, leykoz və digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsinə dəstək məqsədilə könüllü donor olublar.

Bank Respublika gələcəkdə də insan sağlamlığına və cəmiyyətin rifahına töhfə verən layihələri dəstəkləməyi, sosial həmrəyliyin gücləndirilməsinə xidmət edən təşəbbüslərdə fəal iştirakını davam etdirəcək.

16.06.2026 09:57
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19