Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"

“PAŞA Bank”ın cəmi cəmi aktivləri keçən il ərzində 14% artaraq 9 milyard 844 milyon manata, müştərilərə verilən cəmi kreditlər isə 5% artaraq 3 milyard 883 milyon manata çatıb
AzVak-mobil_resmin_ustu_31
"Ötən il “PAŞA Bank” dayanıqlı artımlar nümayiş etdirib"
iç səhifə xəbər şəkil altı (mobil)_32

“2007-ci ildən etibarən fəaliyyətimizin mərkəzində real sektor olub. Agrar biznesdən, nəqliyyat və sənayeyə qədər, ticarətdən xidmət sektoruna qədər minlərlə biznesin inkişaf yolunda “PAŞA Bank” olaraq tərəfdaş olmuşuq. Xüsusilə qeyri-neft iqtisadiyyatının inkişafı istiqamətində sahibkarların və şirkətlərin maliyyə çıxışının genişləndirilməsi bizim üçün yüksək bir prioritet olub. Bugün “PAŞA Bank” Azərbaycanın aparıcı özəl korporativ maliyyə institutlarından biri kimi bazardakı mövqeyini daha da gücləndirib".

Marja.az-ın əlumatına görə, bunu keçirilən mətbuat konfransında “PAŞA Bank”ın İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Cavid Quliyev bildirib.

Bankın sədri qeyd edib ki, ötən il ərzində “PAŞA Bank”ın həm aktivləri, həm kredit portfeli, həm də depozit bazası daha da dayanıqlı artım nümayiş etdirib:

"Müştəri bazamız genişlənib, kapital mövqeyimiz daha da möhkəmlənib və bazarda etibarlı tərəfdaş olaraq rolumuzu güclənməyə davam etmişik. Eyni zamanda biz transformasiya istiqamətində də mühüm addımlar atmışıq. Müştəri təcrübəsinin yaxşılaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xidmət modelinin yerinə yetirilməsi və daxili proseslərin sürətləndirilməsi ötən il əsas prioritetlərin sırasında olmuşdur. Bu yanaşma aydın konkret nəticələr verib. Daha çevik xidmət modeli, daha sürətli qərarvermə və daha yüksək müştəri məmnuniyyəti göstəriciləri bunun aydın nümunəsidir. 2025-ci ildə  həm regional, həm dünyada baş verən iqtisadi qeyri-sabitlik fonunda “PAŞA Bank”dayanıqlı inkişaf tempini qoruyaraq güclü maliyyə və əməliyyat nəticələri nümayiş etdirib. “PAŞA Bank”ın cəmi cəmi aktivləri keçən il ərzində 14% artaraq 9 milyard 844 milyon manata çatıb. Bunun əsas səbəbi həm müştərilər tərəfindən cəlb olunan vəsaitlər, həm bizim qiymətli kağızlar vasitəsilə əldə edilən vəsaitlər olmuşdur. Ümumi gəlirlərimiz çox sabitdir, 6% artım tempi göstərir. Faiz gəlirlərimiz 13%, qeyri-faiz gəlirlərimiz, yəni komissiya gəlirlərimiz 9% artım tempi göstərmişdir. Müştərilərə verilən ümumi kreditlərimiz il ərzində 5% artıb və 3 milyard 883 milyon manat səviyyəsinə çatıb. Onun əksər hissəsi biznes kreditlərinə aiddir, yəni böyük orta və kiçik sahibkarlara və şirkətlərə verilən kreditlər olmuşdur.  Kredit portfelimizdə ən yüksək artım tempi göstərən KOS seqmentinə aid kredit portfeli olub. Bu göstərici iri və orta biznes seqmentləri ilə müqayisədə daha yüksəkdir".

 

Xəbər yenilənəcək...

İş elanları AzVak.az-da

PAŞA Bank Cavid Quliyev PAŞA Bank 2025 PAŞA Bank maliyyə göstəriciləri PAŞA Bank aktivləri PAŞA Bank kredit portfeli PAŞA Bank depozit bazası PAŞA Bank gəlirləri PAŞA Bank faiz gəlirləri PAŞA Bank qeyri faiz gəlirləri PAŞA Bank komissiya gəlirləri PAŞA Bank biznes kreditləri PAŞA Bank KOS kreditləri PAŞA Bank kiçik orta sahibkarlıq PAŞA Bank korporativ bankçılıq PAŞA Bank qeyri neft sektoru PAŞA Bank iqtisadiyyatın şaxələndirilməsi PAŞA Bank sahibkarlara dəstək PAŞA Bank transformasiya PAŞA Bank rəqəmsal həllər PAŞA Bank müştəri təcrübəsi PAŞA Bank müştəri məmnuniyyəti PAŞA Bank xidmət modeli PAŞA Bank əməliyyat nəticələri PAŞA Bank maliyyə nəticələr
25.05.2026 10:58
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19