"Vergi islahatı ABŞ-ın ÜDM-ni 1% artıracaq"
ABŞ-ın Ticarət Naziri Wilbur Ross, Trampın seçki kampaniyası zamanı əsas vədlərindən biri olan vergi islahatı haqqında danışıb. "Marja" xəbər verir ki, o, bunun mümkün iqtisadi təsirlərini Amerikanın televiziya kanalı CNBC-yə qiymətləndirib.
Ross, Prezident Donald Trump hökumətinin vergi islahatının qüvvəyə minməsi vəziyyətində ölkə iqtisadiyyatının 1 faiz artacağını deyib.
ABŞ-da mənfəət vergisi nisbətini 35%-dən 15-20%-ə endirilməsini nəzərdə tutan layihə üçün federal hökumətin gəlirlərində azalma olmayacağını qeyd edən Ross, bunları qeyd edib:
"ÜDM-də illik 1%-lik artım, 10 il ərzində ÜDM-də 10 trilyon dollar əlavə dəyər deməkdir. Bu da federal hökumət üçün 3 trilyon dollar əlavə gəlir deməkdir".
Trump hökumətinin, vergi islahatı layihəsinin təfərrüatlarını bu gün ictimaiyyəti açıqlayacağı gözlənilir. Layihənin bu il başa çatmadan ABŞ Konqresindən keçərək təsdiq olunması ehtimal edilir.
ABŞ iqtisadiyyatı bu ilin ikinci rübündə 3 faiz artım qeyd etmişdi. Keçən il 18,5 trilyon dollarlıq ÜDM ilə ABŞ dünyanın ən böyük iqtisadiyyatları arasında ilk sırada yer almışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























