“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
(®) “AzInTelecom” MMC maliyyə rəhbərləri və sahibkarları bir araya gətirən IV “Vergi və Mühasibatlıq Zirvəsi”ndə iştirak edib.
“Bahalı səhvlər” konsept mesajı ilə təşkil olunan Zirvədə “AzInTelecom” rəqəmsallaşma üzrə sponsor qismində təmsil olunub. Tədbirdə şirkət interaktiv stendlə çıxış edib, iştirakçılara rəqəmsal xidmət və məhsullarla bağlı ətraflı məlumat verilib.
Tədbir çərçivəsində "AzInTelecom"un Marketinq şöbəsinin müdiri Murad Əhmədov çıxış edərək bizneslərdə kiçik görünən yanlışların yarada biləcəyi səhvlərdən danışıb. O vurğulayıb ki, ənənəvi elektron imzanın başqasının əlinə keçməsi hallarında yaranacaq risklər sadəcə bir kibertəhlükəsizlik problemi deyil, həm də şəxsi məlumatların oğurlanması, maliyyə dələduzluğu və hüquqi iradənin sui-istifadəsidir. “SİMA İmza” isə imza səlahiyyətinin ötürülməsi məsələsini tam hüquqi və rəqəmsal formada həll etməklə sahibkarlara və şirkət rəhərlərinə proseslərə məsafədən nəzarət etmək imkanı verir.
Zirvə maliyyə qərarlarında risklərin idarə edilməsi, vergi qanunvericiliyindəki aktual məsələlər və əmək münasibətləri haqqında panellər şəklində davam edib.
Qeyd edək ki, artıq sahibkarlar və mühasiblər “SİMA İmza” ilə bütün elektron vergi xidmətinə çıxış əldə edə bilirlər. “6AYPULSUZ” promokodunu yazmaqla biznes tipli rəqəmsal imzadan ilk 6 ay müddətində ödənişsiz yararlanmaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 2 saat əvvəl
-
3 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
7 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
10 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
“Bu gecə bir mədəniyyət yox olacaq”
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Ən çox oxunanlar
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
























