Bankın adının yuxarı şikayət indeksində olması onun bağlanacağı deməkdir?
Mart ayının əvvəlində “Bank BTB” ASC-nin bank fəaliyyətini dayandıracağı və bank olmayan kredit təşkilatı formasında yenidən təşkili olunacağı barədə rəsmi məlumatdan sonra bəzi xəbər portallarında daha iki bankın bağlanacağı barədə xəbərlər yayımlanılıb.
Təəssüf ki, həmin xəbərlər qeyri-peşəkar yanaşmaya əsaslanır. Xəbərlərdə Mərkəzi Bankın 2026-cı ilin Fevral ayına dair Bank xidmətlərindən istifadə üzrə şikayət indeksində qırmızı zona kimi qəbul edlən yuxarı şikayət indeksində yer tutan bankların adları sadalanır və ardınca “Azərbaycanda bankların bağlanmasına səbəb nədir?” sualı qoyulur. Lakin bu yersiz sual həmin bankın müştərilərinin narahat olmaları ilə nəticələnir. Çünki xəbər yalnız sübutsuz sözlər toplusudur, heç bir rəqəm və fakt qeyd edilmir.
Şikayət indeksi bankın maliyyə vəziyyəti barədə göstərici deyil
Əvvəla qeyd edək ki, Bank xidmətlərindən istifadə üzrə şikayət indeksində yer tutan bankların siyahısı hər ay dəyişir. Elə aylar olub ki, ölkədə bazar payına görə ilk onluqda olan banklar qırmızı zonaya daxil olublar. Çünki şikayət indeksinə birdəfəlik hadisələr və dəyişikliklər təsir edə bilir. 2026-cı ilin Fevral ayında qırmızı zona kimi qəbul edlən yuxarı şikayət indeksinə daxil olmuş Bank, 2026-cı ilin yanvar ayında aşağı şikayət indeksi olan yaşıl zonada idi. Bir ay ərzində bankın yaşıl zonadan qırmızı zonaya keçməsi fevralda hansısa məsələ ilə əlaqədar müştəri müracitələrinin çox olması ilə əlaqədar ola bilər.
Müştərilər bir çox məsələlər üzrə banklardan Mərkəzi Banka şikayət edirlər. Bu şikayətlər adətən bankların mobil tətbiqlərində qarşılaşılan çətinliklər, kredit üzrə aylıq ödəniş vaxtında edilməyən zaman bankın müştərinin əməkkhaqqı kartından borcu tutması, əmanət gəlirlərinin vergiyə cəlb edilməsinə etiraz, kartdan karta səhv köçürmələr və digər məsələlər üzrə olur. Azərbaycanda maliyyə savadlılığının arzuedilən səviyyədə olmaması, bir sıra müştərinin müqavilə imzalanan zaman şərtlər ilə yaxından tanış olmamaları və ya bank əməkdaşının izahatlarını diqqətlə dinləməmələri, bir çox vətəndaşın bankları aqressiv münasibəti dərhal Mərkəzi Banka şikayət olunması ilə nəticələnə bilir.
Texnologiya hər gün inkişaf edir, banklar mobil tətbiqlərini yeniləyirlər, bu zaman müvəqqəti texniki problemlər də qaçılmaz olur. Texniki problemlə qarşılaşan müştəri dərhal Mərkəzi Banka müraciət edir. Son vaxtlar şikayətlərin bir çoxu bununla əlaqədardır. Və yaxud vətəndaş pulu səhvən başqa şəxsin kartına köçürür və bankdan həmin pulun geri qaytarılmasını tələb edir. Lakin başa düşmür ki, bankın həmin pulu geri qaytarmaq səlahiyyəti yoxdur. Bunu qəbul etməyən vətəndaş da Mərkəzi Banka şikayət edir. Depozitlərin vergiyə cəlb edildiyini unudan vətəndaş bankı onun əmanəti üzrə faiz gəlirini kəsdiyini iddia edir. Əmanət yerləşdirdiyi banka inanmayan vətəndaş tam əmin olmaq üçün Mərkəzi Banka da müraciət göndərir.
Qısası, şikayət indeksi bu və bənzər şikayətlər əsasında formalaşır. İndi necə demək olar ki, şikayət varsa bank bağlanır!?
Qeyd edək ki, Mərkəzi Bank şikayət indeksini açlqlamaqla bankları bir növ “utandırır”, özlərinin şikayətləri həll etməyə, müştəri xidmətlərini təkmilləşdirməyə təşviq edir. Mərkəzi Bank tərəfindən hər bir müştəri müraciəti diqqətlə araşdırılır və banklara göstərişlər verilir. Hər ay siyahıda bankların adının bir neçə pillə aşağıya doğru yerini dəyişməsi banklar tərəfindən bu sahədə tədbirlərin görüldüyünə də işarədir.
Qeyd edək ki, şikayət indeksinin hesablanması metodologiyasına görə, indeksdə ardıcıllığa - bankın şikayətlər üzrə və müştərilər üzrə bazar payları təsir edir. Elə vəziyyət yarana bilər ki, məsələn, ayda barəsində 100 şikayətin olduğu bank qırmızı zonada, barəsində 1000 şikayətin olduğu bank yaşıl zonada yer tuta bilər. Burada bankın müştəri bazasının böyüklüyü həlledici olur.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Sonda. Həmkarlarımızı əhali və ölkənin maliyyə sistemi üçün həssas olan məsələlər haqqında yazarkən faktlara söykənməyi, hər bir iddianı əsaslandırmağa çağırırıq. Bank müştəriləri arasında təşviş yaratmaq və bununla oxucu cəlb etmək məqəsədilə xəbər hazırlamaq Azərbaycan mediasına, o cümlədən belə xəbərləri yayımlayan xəbər saytlarına olan inamı azaldır.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 25 d. sonra
-
25 d. əvvəl
Azər Türk Bank yeni ilə kəskin artım və dayanıqlı maliyyə nəticələri ilə başlayıb
-
- 42 d. əvvəl
- 54 d. əvvəl
-
1 saat əvvəl
"Kapital Bank"ın xalis mənfəəti 2 dəfədən çox artıb - 120 MİLYON MANATDAN ÇOX XALİS MƏNFƏƏT AÇIQLADI
-
1 saat əvvəl
Metroda yeni stansiyaların tikintisi ilə bağlı kompensasiya ödənilə bilərmi?
-
2 saat əvvəl
Aprelin 16-da gözlənilən hava şəraiti - Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
VTB (Azərbaycan) 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
19 bank xalis mənfəət, 1 bank xalis zərər açıqladı - SİYAHI
"Rabitəbank"ın xalis mənfəəti 9 faizdən çox artıb
Azərbaycanın Neft Fondu Çin və İndoneziya qurumları ilə platforma yaratdı - 520 milyon dollar cəlb edilib
Ən çox oxunanlar
“Təmiz Şəhər” İT sistemlərini “Hökumət buludu”na köçürüb
Xaricdə təhsil 33 ölkənin 230-dan çox universitetini əhatə edəcək
Yenilənmiş 100 manatlıq pul nişanı tədavülə buraxıldı
Ticarət şəbəkələri zay və xarab olan məhsulların vergiyə cəlb edilməsi üzrə təkliflər hazırlayıblar
“Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək - 300-dən çox şirkəti bir araya gətirəcək sərgi
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb






.jpg)








.jpg)





