Neftdə 500 milyard dollarlıq risk barədə xəbərdarlıq
Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings-in qiymətləndirməsinə görə, neft qiymətlərinin bir il ərzində 100 dollar səviyyəsində qalması qlobal ümumi daxili məhsulun (ÜDM) dörd rübün sonunda 0,5 faiz bəndi azaldaraq təxminən 500 milyard dollarlıq iqtisadi itkiyə səbəb ola bilər.
Marja xəbər verir ki, Fitch Ratings-in baş iqtisadçısı Brian Coulton bildirib: “Neft qiymətləri bir il ərzində 100 dollar səviyyəsində qalarsa, dörd rübün sonunda qlobal ÜDM yarım faiz bəndi daha aşağı ola bilər. Bu isə 500 milyard dollarlıq şok deməkdir.”
Coulton qeyd edib ki, neft qiymətlərindəki artım və təchizat məhdudiyyətləri uzun müddət davam edərsə, inflyasiya kəskin şəkildə yüksələ və iqtisadi artımda nəzərəçarpacaq zəifləmə baş verə bilər. Bununla yanaşı, əsas ssenarilərə görə, bu artımın “nisbətən qısaömürlü” olacağı gözlənilir.
Beynəlxalq kredit reytinq agentliyinin təhlilinə əsasən, neft qiymətlərindəki yüksəliş uzun çəkməzsə, qlobal iqtisadiyyatın bu il 2,6% səviyyəsində sabit artım göstərməsi gözlənilir. Lakin neftin bir barelinin 100 dollar səviyyəsində qaldığı “mənfi ssenari”də ciddi qlobal təchizat kəsintisi riski yüksək qiymətləndirilir.
Coulton əlavə edib ki, hazırda Yaxın Şərqdəki münaqişənin qlobal iqtisadiyyata təsirlərinin “böyük ehtimalla müvəqqəti” olduğunu düşünür. Onun sözlərinə görə, münaqişədən əvvəl neft bazarında təklif artıqlığı mövcud idi və Hörmüz boğazının yenidən açılmasından sonra qiymətlər sürətlə aşağı düşə bilər.
Digər tərəfdən, Körfəz regionunun yalnız enerji deyil, həm də ərzaq, kimyəvi maddələr və digər istehsal sahələri üçün vacib xammal təchizatçısı olduğunu vurğulayan Coulton, buna görə əmtəə qiymətlərində ümumi artımın müşahidə olunduğunu bildirib.
International Energy Agency: “Dünya neft bazarı tarixində ən böyük təchizat kəsintisi”
ABŞ və İsrailin 28 fevralda İrana qarşı başladığı hücumlar və İranın cavab addımları üçüncü həftəsində davam edərkən, bu ölkələrlə əlaqəli ticarət gəmiləri üçün Hörmüz boğazı faktiki olaraq bağlı qalır.
Gündəlik təxminən 20 milyon barel — dünya neft tələbatının 20%-i — daşınan bu strateji keçiddə xam neft və neft məhsulları ticarətinin demək olar ki, dayanması bazarda təchizat narahatlıqlarını dərinləşdirir və qiymətlərin kəskin artımına səbəb olur.
Beynəlxalq Enerji Agentliyi bildirir ki, Körfəzdə təchizatın azalması nəticəsində bu ay gündəlik təxminən 10 milyon barel neft bazardan çıxacaq və bu, “dünya neft bazarı tarixində ən böyük təchizat kəsintisi” olacaq.
Beynəlxalq etalon sayılan Brent markalı xam neftin fyuçers qiyməti hücumlardan əvvəl — 27 fevralda — 73,01 dollar səviyyəsində bağlanmışdı. Münaqişə dövründə isə qiymət 120 dollara qədər yüksələrək 29 iyun 2022-dən bəri ən yüksək səviyyəni görüb.
Hazırda Brent neftinin qiyməti 100 dollar həddinə yaxın səviyyələrdə dəyişir.
Neft bazarında təchizat məhdudiyyətləri qlobal təchizat zəncirlərində problemlərə səbəb olur, qiymətlərin kəskin artımı isə inflyasiya təzyiqlərini artıraraq iqtisadiyyatlara təhdid yaradır.
ING Group: “Gərginliyin azalacağına dair çox az əlamət var”
ING Think-in son təhlilinə görə, enerji bazarları Hörmüz boğazı üzərindən neft və qaz axınında fasilənin daha uzun sürə biləcəyini qiymətləndirməyə davam edir. Gərginliyin azalacağına və ya bu kritik dar boğazdan neft və mayeləşdirilmiş təbii qazın (LNG) yenidən axmağa başlayacağına dair çox az siqnal var.
"Chatham House"ın Yaxın Şərq və Şimali Afrika proqramının analitiki David Butter isə qeyd edir ki, iqtisadiyyatı böyük ölçüdə neft və qaz gəlirlərindən asılı olan Körfəz ölkələri itirilmiş gəlirlər səbəbilə ciddi zərər görür. Eyni zamanda, regiondakı idxalçı ölkələr də artan yanacaq xərcləri və valyuta gəlirlərinin azalması ilə təzyiq altındadır.
LNG obyektinə hücumdan sonra istehsalı dayandıran Qətərin ixracında bir aylıq fasilənin ən azı 4 milyard dollar maliyyə itkisinə səbəb olacağı təxmin edilir.
Körfəz regionunda neftdən ən çox asılı iqtisadiyyatlardan biri olan İraqda isə büdcə gəlirlərinin təxminən 90%-ni təşkil edən xam neft ixracının böyük hissəsi Bəsrə Neft Terminalından Körfəz və Hörmüz boğazı vasitəsilə daşınır. Bu gəlirin uzun müddət itirilməsi dövlət maaşları və pensiyaların ödənilməsini çətinləşdirə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 13 saat sonra
-
6 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
-
-
6 saat əvvəl
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
-
7 saat əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Microsoft-dan 150 min dollar "Azure Credits" cəlb edən ilk Azərbaycan Aİ-startapı
- 8 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AccessBank-dan “Gül kimi” təklif
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Ən çox oxunanlar
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb
Ödəniş təşkilatının vəzifəli şəxsini cərimələnib
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində - Strateji tərəfdaşlıq məsələlərini müzakirə edib
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirləri 400 manat azaldılacaq
Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək
“Premium Bank”da yeni təyinat




















