970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb

AzVak-mobil_resmin_ustu_31
Ölkəmizdə ödəniş kartlarının sayı 22 milyonu ötüb, nağdsız əməliyyatların həcmi 11%-dən çox artıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 176 min ədəd artaraq 22 milyon 156 min ədəd təşkil etmişdir.

Marja.az xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının dərc etdiyi  "Statistik bülleten-2026" hesabatında bildirilir.

Reklam_3_11

Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11% artmışdır. Ödəniş kartlarında debet kartlarının sayı 13.3% artmış, kredit kartlarının sayı isə 7.6% azalmışdır.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, yanvar ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11.4 % artmışdır. 2026-ci ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 milyard 687 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 6 milyard 600 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 85 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilmişdir. Yanvar ayı üzrə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 70.6%-ni təşkil etmişdir. 

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə artım müşahidə olunur. Belə ki, keçən ilin yanvar ayının sonu ilə müqayisədə bankomatların sayı 7.7%, POS-terminalların sayı 50.6% artmışdır.

İş elanları AzVak.az-da

26.02.2026 11:48
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 4-cü_19