Ayətullah Xameneyi Donald Trampı aciz və başıboş adlandırıb
“ABŞ prezidenti Donad Trampın sözləri onun güclü olmasından deyil, acizliyi və başıboşluğundan irəli gəlir”.
Bu sözləri İranın ali rəhbəri ayətullah Xameneyi BMT-nin 72-ci sessiyasında ABŞ prezidenti Donald Trampın çıxışına münasibət bildirərkən deyib. O qeyd edib ki, ABŞ-ın qərbi Asiyada uzunmüddətli planları İranın təsiri nəticəsində pozulub, bu isə onları narahat edir və əsəbiləşdirir.
Ayətullah Xameneyi bu əsəbi münasibəti İran İslam Respublikasının gündən-günə inkişafı ilə əlaqələndirib:
“Bu səfeh, kobud və “kovboy ədəbiyyatı” üzərində qurulmuş yalanla dolu nitq ABŞ prezidentinin acizliyinin və başıboşluğunun göstəricisidir. ABŞ prezidentinin çıxışı heç də Amerika xalqı üçün fəxredici deyil. ABŞ xalqı belə bir prezidenti olduğu üçün utanır və dəfələrlə bunu bəyan edib. Amerika uzun illər öncə Yaxın Şərqlə bağlı 3 istiqamətdə - İraq, Suriya və Livan üçün böyük planlar cızdı və bunların hamısı uğursuzluqla nəticələndi. Plana əsasən qədim tarixə və sivilizasiyaya malik olan İraq, müqavimət mərkəzi olan Suriya və özünəməxsus yeri olan Livan ABŞ və sionist rejimin siyasəti altına keçməli idi. Lakin bu gün regiondakı həqiqətlər bunun başqa cür olduğunu göstərir. Onlar Livanda heç bir iş görə bilmədilər, İraqda da istəklərinin əksi baş verdi. Suriyada da bu qədər misilsiz cinayətlər törətmək və ölkə əhalisini qətlə yetirmələrinə baxmayaraq, sonda küncə qısıldılar. İran İslam Respublikasının təsiri ABŞ və sionist rejimin planlarını pozdu. Bu isə onların əsəbiləşmələrinin əsas səbəbidir”.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 13 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















