Elon Musk-dan "Ryanair" gedişi: “Satın almaqla” hədələdi
Tanınmış iş adamı Elon Musk, Ryanair-in baş direktoru (CEO) Michael O’Leary-nin "Starlink" internet qurğularının "Ryanair" donanmasına inteqrasiya edilməsi ideyasını rədd etməsindən sonra, şirkəti satın almağı düşündüyünə işarə edib.
Tesla və SpaceX-in qurucusu Elon Musk, İrlandiya mərkəzli hava yolu şirkəti Ryanair-i almaq ehtimalı ilə bağlı açıqlamalar verib.
Ryanair-in CEO-su Michael O’Leary bir müsahibəsində İlon Maskın (Elon Musk) "Starlink" peyk internet texnologiyasının şirkətin təyyarələrinə quraşdırılıb-quraşdırılmayacağı ilə bağlı sualı cavablandırarkən bu təklifi rədd edib.
Bir-birilərinə “axmaq” deyiblər
"Guardian" nəşrinin xəbərinə görə, O’Leary bunun şirkətə illik əlavə 200–250 milyon dollar yanacaq xərci yaradacağını bildirib.
Musk isə "X" platformasında paylaşım edərək bu qiymətləndirməni “yanlış məlumat” adlandırıb.
Bundan sonra tərəflər arasında qarşılıqlı söz atışması başlayıb və bir-birlərinə “axmaq” deyiblər. Musk həmçinin O’Leary-nin vəzifəsindən uzaqlaşdırılmalı olduğunu söyləyib.
Daha sonra Musk "X"dəki izləyicilərinə “Şirkətin rəhbəri vəzifəsinə adı Ryan olan birini gətirim?” sualını ünvanlayıb.
Ryanair-in 1984-cü ildəki qurucularından olan irlandiyalı milyarder iş adamı Tony Ryan 2007-ci ildə vəfat edib. Hazırda bazar dəyəri 30 milyard avroya çatan şirkət Avropanın ən böyük hava yolu şirkətidir.
Musk növbəti paylaşımında isə "“Ryan Air"i alıb Ryan-ı layiq olduğu taxta geri qaytarım?” sualı ilə platformada sorğu keçirib.
Sorğuda iştirak edənlərin 76,5 faizi bu təklifi dəstəkləyib, 23,5 faizi isə əleyhinə səs verib.
Buy Ryan Air and restore Ryan as their rightful ruler
— Elon Musk (@elonmusk) January 19, 2026
Ryanair-dən sərt cavab
Məşhur hava yolu şirkətinin cavabı isə kəskin olub.
Şirkət Musk-ı nəzərdə tutaraq “Böyük İDİOT Oturacaq Satışı” adlı kampaniya başladıb və “Elon Musk almadan əvvəl tez rezervasiya edin, yoxsa o alar” qeydi paylaşıb.
Don’t thank us, thank that big “IDIOT” @elonmusk
— Ryanair (@Ryanair) January 20, 2026
Sale now onhttps://t.co/0c6IvsKyyBpic.twitter.com/JAxRNzaYTa
Twitter-i sevdiyini yazmış, 5 il sonra satın almışdı
Müzakirə əhəmiyyətsiz görünsə də, Musk bu cür çıxışlarını sonradan reallaşdırması ilə tanınır. O, 2017-ci ildə sosial mediada "Twitter"i sevdiyini yazmış, bir jurnalist platformanı almalı olduğunu dedikdə isə “Qiyməti nə qədərdir?” cavabını vermişdi. Təxminən beş il sonra isə "Twitter"i 44 milyard dollara satın almışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 saat əvvəl
-
3 saat əvvəl
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
-
-
3 saat əvvəl
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
- 6 saat əvvəl
-
7 saat əvvəl
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
- 9 saat əvvəl
-
11 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
11 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
ABŞ Hörmüz riski səbəbilə neft qiyməti proqnozunu artırdı
Ağ Ev İranda nüvə silahı istifadə ediləcəyi iddialarını təkzib edib
Pakistan Trampa “müddəti uzat”, İrana isə “Hörmüzü aç” çağırışı etdi
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müavini təyin edilib
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məənnəsi müəyyən olunub
Çin valyuta ehtiyatlarında 2,5% azalma
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb






















