Bakı Limanında rekord nəticə
Bakı Beynəlxalq Dəniz Limanında illik konteyner aşırma göstəricisi ilk dəfə olaraq 100 000 TEU səviyyəsinə çatıb.
Azərbaycan Dəmir Yollarının yaydığı məlumatda bildirilir ki, bu nailiyyət Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli Fərmanı ilə Bakı Limanının “Azərbaycan Dəmir Yolları” QSC-yə birləşdirilməsi nəticəsində formalaşan vahid nəqliyyat idarəetmə sisteminin səmərəliliyinin göstəricisidir. Dəniz limanı və dəmir yolu əməliyyatlarının inteqrasiyası yükaşırma proseslərinin sürətlənməsinə və logistik marşrutların optimallaşdırılmasına imkan yaradıb. Bu ilin sentyabrında Bakı Limanında bir sıra qurumların və ekspeditor şirkətlərinin birgə işlədiyi Vahid Keçid Mərkəzinin fəaliyyəti də limanda əməliyyatların daha çevik icrasına və yükaşırma göstəricilərinin davamlı artmasına dəstək verir. Görülən işlərin nəticəsi olaraq limanın yükaşırmalarında rekord göstərici əldə olunub.
Bakı Limanı regionun və Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) əsas qovşaqlarından biri kimi ticarət və logistika xəritəsində xüsusi strateji mövqe tutur. Qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı bir dövrdə Orta Dəhliz Asiyadan Avropaya və əks istiqamətə ən təhlükəsiz, rahat, çevik və qısa tranzit marşrutu kimi əhəmiyyətini daha da artırıb. Bakı Limanı infrastruktur imkanları, texniki göstəriciləri və təcrübəli mütəxəssisləri sayəsində regionun logistikasının inkişafına böyük töhfə verir, regionda “Yaşıl Liman” (“EcoPort”) sertifikatına sahib ilk liman kimi əməliyyatları beynəlxalq ekoloji tələblərə uyğun təşkil edərək Orta Dəhliz üzrə daşımaların dayanıqlığını təmin edir.
Konteyner yükaşırmasının artım dinamikası bu nailiyyəti daha da əhəmiyyətli edir. Əgər 2020-ci ildə Bakı Limanı vasitəsilə 40 395 TEU konteyner daşınmışdısa, 2024-ci ildə 76 775 TEU konteyner daşınıb ki, bu da öz növbəsində 90% və ya 1.9 dəfə artım deməkdir. Car ildə isə illik 100 000 TEU həddinin aşılması limanın konteyner əməliyyatlarının səmərəliliyini göstərir və növbəti il üçün daha yüksək proqnozlara əsas yaradır.
Bununla yanaşı, limanın ümumi yükaşırma nəticələrində də davamlı artım müşahidə edilir. Əgər Ələt qəsəbəsində müasir liman kompleksinin istifadəyə verildiyi 2018-ci ildə Bakı Limanı vasitəsilə 3 milyon 787 min ton yük aşırılmışdısa, cari ilin 11 ayı ərzində bu rəqəm 7 milyon 547 min tona yüksəlib.
Bu yüksək nəticələr Bakı Limanının regionun ən etibarlı logistik qovşaqlarından olduğunu bir daha sübut edir və Azərbaycanın logistik sisteminin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Limanın yükaşırma göstəricilərinin artması Azərbaycanın Şərqlə Qərb arasında strateji logistik marşrut kimi mövqeyini daha da möhkəmləndirir. Bakı Limanında yaşıl və rəqəmsal logistik həllərin tətbiqi və Orta Dəhliz üzrə inteqrasiyanın dərinləşməsi daha böyük yük həcmləri, daha geniş ticarət əlaqələri və ölkə iqtisadiyyatına daha irihəcmli əlavə dəyər vəd edir.
Qeyd edək ki, son dövrdə Azərbaycanın tranzit rolu ildən-ilə möhkəmlənir, yeni logistik əməkdaşlıqlar və modern infrastruktur nəticəsində yük əməliyyatları sürətlənib və daha çox həcmdə yük qəbul edilir. 2025-ci ilin 11 ayında ADY Orta Dəhliz üzrə 350 blok-qatar qəbul edib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 34% çoxdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 6 saat əvvəl
-
6 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
6 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
7 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
14 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb







.jpg)






.jpg)











