Qızılın qiyməti 4 min dollardan da aşağı düşdü
Qlobal birjalarda qızılın qiyməti 3,2 faiz azalaraq təxminən 3 min 984 dollara qədər geriləyib və 10 oktyabrdan bəri ən aşağı səviyyəyə düşüb.ABŞ-Çin ticarət sazişində əldə olunan irəliləyiş “təhlükəsiz liman” sayılan qızıla olan tələbi azaltdığından, qızılın qiyməti avqustun ortalarından bəri ilk həftəlik enişini yaşayıb.
Marja xəbər verir ki, 1 unsiya qızılın qiyməti 3,2 faiz azalaraq 3 min 984 dollara qədər geriləyib. Bu, 10 oktyabrdan bəri ən aşağı göstəricidir.
ABŞ prezidenti Donald Trampın Asiya səfəri çərçivəsində apardığı diplomatik danışıqlar zamanı Çin ilə əhatəli bir razılaşmaya yaxınlaşdığına dair siqnallar qızılın dəyər itirməsinə səbəb olub. Belə bir razılaşma, qiymətli metala olan tələbi artıran iqtisadi riskləri və geosiyasi gərginlikləri azalda bilər.
Ötən həftə qızılın unsiya üzrə qiymətini 4380 dollarlıq rekord səviyyənin bir qədər üzərinə qaldıran sürətli bahalaşma, bazarda “həddindən artıq alış” siqnallarının yaranması ilə ucuzlaşma ilə əvəzlənib. Bu ucuzlaşmaya baxmayaraq, qızıl bu il ümumilikdə 50 faizdən çox bahalaşmışdır.
Analitiklər bildirib: “İndi daha əsaslı və məntiqli bir bazar vəziyyətinə qayıdırıq. ABŞ-Çin ticarət danışıqları hamının gözlədiyindən daha müsbət reaksiya doğurub”.
Bu həftə ABŞ Federal Ehtiyat Sistemi (Fed), Avropa Mərkəzi Bankı (AMB) və Yaponiya Bankı faiz qərarlarını elan edəcək. Fed-in faiz dərəcəsini 25 baza bəndi endirəcəyi, AMB və Yaponiya Bankının isə faizləri sabit saxlayacağı proqnozlaşdırılır. Daha aşağı borclanma xərcləri (faizlər), faiz gəliri olmayan qızılın qiymətinə adətən müsbət təsir göstərir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 17 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb







.jpg)






.jpg)


.jpg)









