Naxçıvanda 107 istehsal müəssisəsi yaradılıb
Naxçıvan Muxtar Respublikasında hər bir rayonunun əmək və xammal ehtiyatlarından səmərəli istifadə yolu ilə yeni istehsal və xidmət sahələrinin yaradılması davam etdirilir. Bu istiqamətdə həyata keçirilən layihələr nəticəsində 2025-ci ilin yanvar-sentyabr ayları ərzində müxtəlif təyinatlı 107 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Dövlət maliyyə dəstəyi və özəl investisiyalar hesabına reallaşdırılan layihələr arasında xüsusilə çörək və un məmulatları, mebel, tikinti materialları, içki və qida məhsulları istehsalı üzrə yeni müəssisələr xüsusi yer tutur.
Hazırda muxtar respublika üzrə ümumilikdə 90 layihə çərçivəsində işlər davam etdirilir. Onlardan 38-i yeni yaradılan, 52-si isə mövcud fəaliyyətin genişləndirilməsinə yönəlib.
Sahibkarlara investisiya təşviqi sənədi verilib
Naxçıvanda investisiya təşviqi mexanizmləri vasitəsilə sahibkarlığın inkişafına dəstək göstərilməsi məqsədilə cari ilin 9 ayı ərzində 2 sahibkarlıq subyektinin 2 layihəsinə investisiya təşviqi sənədi və 4 təsdiqedici sənəd verilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, 600,4 min manat dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub. Təqdim edilən təsdiqedici sənədlər əsasında Çin və Türkiyədən müasir texnoloji avadanlıqlar idxal edilib.
Bu layihələr hesabına 130 yeni iş yerinin açılacağı nəzərdə tutulur.
9 ayda 36 lisenziya verilib
2025-ci ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "ASAN xidmət" mərkəzləri vasitəsilə sahibkarlara 36 lisenziya verib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən verilən məlumata görə,verilmiş lisenziyalar əczaçılıq, özəl tibb, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi, attraksionların istismarı, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması, baytarlıq preparatlarının satışı, özəl baytarlıq xidməti, tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri, sürətli poçt fəaliyyəti üzrə sahələri əhatə edib.
Naxçıvan Muxtar Respublikasının müvafiq qurumları tərəfindən verilmiş 6500 icazə reyestrdə qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 96,6 faiz çoxdur. İcazələrdən daxilolmaların məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 52 min 613 manat və ya 52,7 faiz artaraq 152 min 423 manat olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
9 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 9 saat əvvəl
-
9 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
10 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ














.jpg)








