Neft, ABŞ-da buruqların azalması ilə bahalaşıb
ABŞ-ın neft sənayesi görünüşü və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən qazılan neft quyularının sayı bu həftə yenə geriləyib.
"Marja" xəbər verir ki, dünyanın ən böyük neft sahəsi xidmət şirkətlərindən "Baker Hughes"ın həftəlik məlumatlarına görə, Amerikanın neft sənayesində bu həftə qazılan neft quyularının sayı 7 ədəd azalıb, 11-15 Sentyabr tarixlərini əhatə edən həftədə 749-a düşüb.
Beləliklə, ölkədəki qazılan neft quyularının sayında son 5 həftədə 4 dəfə azalma baş verib.
ABŞ-da qazılan neft quyularının sayı 2014-cü ilin Oktyabr ayında 1609 ilə ölkə tarixində ən yüksək səviyyədə, aşağı neft qiymətlərinin Amerika neft sənayesinə mənfi təsir etməsilə keçən ilin may ayında 316-ya geriləyərək, 80 faiz ilə tarixi bir azalma qeyd etmişdi.
NEFT HASİLATI ÖTƏN HƏFTƏ TOPARLANIB
Digər tərəfdən, Harvey Qasırğası səbəbilə ABŞ-ın xam neft istehsalında kəskin azalma görülməsinin ardından ötən həftə ölkənin xam neft hasilatı artmağa başlayıb.
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) çərşənbə günü açıqlanan məlumatlarına görə, ABŞ-ın xam neft hasilatı keçən həftə gündəlik orta hesabla 572 min barel artımla 9,35 milyon barelə yüksəlib.
EIA-nın sentyabr ayı hesabatına görə, ABŞ-ın xam neft hasilatının bu il gündəlik orta hesabla 9,3 milyon, gələn il də 9,8 milyon barrel olması nəzərdə tutulur.
NEFT QİYMƏTLƏRİ YÜKSƏLİB
ABŞ-da qazılan neft quyularının sayıda bu həftə azalma olmasının ardından, qlobal bazarda neftin qiymətlərində artım görülüb.
Brent növü neftin barrel qiyməti 55,85 dollara, ABŞ-ın Qərbi Texas tipli neftin barrel qiyməti də 50,12 dollara qədər yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
35 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
51 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
55 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)




