Gəncənin 99 faizində 4G oldu!
Lider mobil operator Azərbaycanın ikinci ən böyük şəhərinin 99% ərazisini 4G şəbəkəsi ilə təmin etdi.
Yalnız paytaxt Bakını deyil, ölkənin bütün bölgələrini yüksək sürətli mobil internet xidmətləri ilə təmin etməyi vəd etmiş Azercell Telekom artıq Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə 4G xidmətini abunəçilərinin ixtiyarına verib.
Şəhərdə tam olaraq 23 baza stansiyası quraşdırılıb ki, bu da Gəncənin 99%-inin 4G şəbəkəsi ilə təmin olunması deməkdır.
“Söz verdiyimiz kimi, Azercell regionlarda da 4G şəbəkəsini qurur və qədim şəhərimiz Gəncədəki abunəçilərimiz artıq bu xidmətdən faydalana biləcəklər. Abunəçilərimizin yüksək sürətli mobil internetə olan tələbatı daim artdığına görə biz ölkə ərazisində 4G şəbəkəsini genişləndirməkdə davam edirik. Məqsədimiz odur ki, Azercell abunəçiləri bütün ölkə ərazisində yüksək keyfiyyətli xidmət və sürətli internetdən yararlana bilsinlər. Xoş bir məqamı da vurğulamaq istərdim ki, bir neçə gündən sonra, sentyabrın 17-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə marafon keçiriləcək. Azercell Telekom Gəncə Marafonunun əsas tərəfdaşıdır və biz çalışdıq ki, 4G şəbəkəsini məhz bu möhtəşəm tədbir ərəfəsində həm gəncəlilərin, həm də marafon iştirakçılarının istifadəsinə verək ” – deyə, şirkətin prezidenti Vahid Mürsəliyev bildirib.
Ümumilikdə, ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahib olan Azercell mobil internetlə bağlı müsbət dinamikanı davam etdirir. 2017-ci ildə Azercell-in 4G internet istifadəçilərinin sayı ötən illə müqayisədə 5 dəfə artlb, mobil internetdən istifadə həcmi isə 55% çoxalıb. Ötən il ərzində Azercell 4G şəbəkəsini 84.1% gücləndirib. 2017-ci ilin sonuna qədər Azercell Telekom respublikada 127 ədəd 4G stansiyası istifadəyə verməyi planlaşdırıb ki, bunun da 33-ü Bakı, Abşeron və Sumqayıt, 94-ü isə bölgələrin payına düşür. Qeyd edək ki, Azercell Telekom şəbəkəsini genişləndirmək və xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, müştəriləri üçün sürətli interneti daha əlçatan və əlverişli etmək istəyir. Bu məqsədilə şirkət öz abunəçiləri üçün müxtəlif qüzəştli tarif paketləri və eksklüziv kampaniyalar təklif edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
11 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 11 saat əvvəl
-
12 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
12 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ






.jpg)











.jpg)




