SOCAR dünyanın ən böyük daşıma şirkətilə saziş imzaladı
Razılaşmaya əsasən, MSC-nin törəmə şirkəti və qlobal terminal operatoru “Terminal Investment Limited” (TIL) “SOCAR Terminalı”nda səhmdar olacaq.SOCAR ilə dünyanın ən böyük daşıma şirkəti olan MSC (Mediterranean Shipping Company) arasında strateji əməkdaşlığa dair saziş imzalanıb.
Marja xəbər verir ki, Bakıda keçirilən imzalama mərasimində tərəflər Egey bölgəsinin ən böyük konteyner limanı olan “SOCAR Terminalı”nda birgə investisiyalar vasitəsilə Türkiyənin qlobal təchizat zəncirində mövqeyini gücləndirməyi hədəfləyirlər.
Razılaşmaya əsasən, MSC-nin törəmə şirkəti və qlobal terminal operatoru “Terminal Investment Limited” (TIL) “SOCAR Terminalı”nda səhmdar olacaq.
Əməkdaşlıq “SOCAR Terminalı”nın TIL-in geniş qlobal şəbəkəsinə inteqrasiyasını təmin edəcək. Yeni avadanlıq və texnoloji sərmayələr nəticəsində terminal mövcud gücünü artıracaq, əməliyyat səmərəliliyini yüksəldəcək, rəqəmsallaşma, dayanıqlılıq və infrastruktur inkişafı sahəsində mühüm nailiyyətlər əldə edəcək.
Egey bölgəsinin ən böyük konteyner terminalı olan “SOCAR Terminal” 700 metrlik fasiləsiz körpü, 16 metrlik dərinlik, 420 min m² liman ərazisi və 30 min m² arxa sahəsi ilə həm regional, həm də qlobal ticarət üçün strateji əhəmiyyət daşıyır. ULCS sinifli yeni nəsil iri gəmiləri qəbul etmək imkanına malik olan terminal eyni anda bir neçə əsas gəmini sürətli şəkildə idarə edərək gözləmə müddətlərini minimuma endirir.
“Gələcəyin limanı” konsepsiyası ilə fəaliyyət göstərən “SOCAR Terminal” ən yüksək əmək mühafizəsi və təhlükəsizlik standartlarını tətbiq edir, rəqəmsallaşma və texnologiyaya qoyulan sərmayələrlə sənayedə qabaqcıl mövqeyini qoruyur. Bununla yanaşı, karbon izinin azaldılması, bərpa olunan enerji mənbələrinə sərmayə yatırılması və enerji səmərəliliyinin artırılması ilə dayanıqlı biznes modeli qurur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)














.jpg)

