TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan TuranBank ilə İslam İnkişaf Bankı Qrupunun özəl sektor üzrə üzv qurumu olan İslam Əməkdaşlıq Təşkilatının Özəl Sektorun İnkişafı üzrə Korporasiyası (ICD) arasında 5 il müddətinə 15 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə istiqamətində saziş imzalanıb.
Bu barədə Marja-ya TuranBankdan bildirilib.
Qeyd edilib ki, sözügedən maliyyələşdirmə xətti ölkədə kiçik və orta sahibkarlığın (KOS) inkişafına dəstək göstərmək, özəl sektorun maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, eləcə də Azərbaycanın dayanıqlı və diversifikasiya olunmuş iqtisadi inkişafına töhfə vermək məqsədi daşıyır. Bu tərəfdaşlıq eyni zamanda ölkə iqtisadiyyatının qeyri-neft sektoru üzrə şaxələndirilməsi istiqamətində atılan əhəmiyyətli addım hesab olunur.
Əlavə edilib ki, saziş ICD-nin icraçı direktoru vəzifəsini icra edən Dr. Xalid Xələfallah və TuranBank-ın İdarə Heyətinin sədri Orxan Qarayev tərəfindən imzalanıb.
Məlumat üçün qeyd edək ki, TuranBank ilə ICD arasında əməkdaşlıq 2008-ci ildən etibarən davam edir və bu saziş tərəflər arasında imzalanmış altıncı maliyyə əməkdaşlığıdır. Bu fakt iki qurum arasında formalaşmış etibarlı, uzunmüddətli və məhsuldar tərəfdaşlığın göstəricisidir.
TuranBank haqqında
TuranBank ASC 1992-ci ildə təsis edilmiş və Azərbaycan maliyyə sektorunda fəaliyyət göstərən ən sabit və etibarlı qurumlardan biri kimi tanınır. Bank, müştərilərinə beynəlxalq standartlara uyğun geniş çeşidli maliyyə xidmətləri təqdim edir. Hazırda ölkə üzrə 22 xidmət nöqtəsi ilə fəaliyyət göstərən TuranBank, 33 illik fəaliyyəti ərzində dayanıqlı inkişaf nümayiş etdirib. Bank şəffaflıq, etibarlılıq və sosial məsuliyyət prinsiplərinə sadiqliyi ilə seçilərək, ölkənin bank sektorunda mühüm rol oynamaqda davam edir. Ətraflı məlumat üçün: www.turanbank.az
ICD haqqında
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) İslam İnkişaf Bankı Qrupunun üzvü olan çoxməqsədli maliyyə institutudur. Korporasiyanın əsas missiyası üzv ölkələrdə özəl sektorun inkişafını təşviq etmək və İslam şəriət prinsiplərinə uyğun maliyyə alətləri vasitəsilə iqtisadi inkişafı dəstəkləməkdir. ICD həmçinin hökumətlərə və özəl təşkilatlara məsləhət xidmətləri göstərərək özəl müəssisələrin yaradılmasını, genişləndirilməsini və modernləşdirilməsini təşviq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
13 d. əvvəl
Hilton Baku-da rəhbərlər üçün süni intellekt mövzusunda qapalı executive sessiya keçirilib
- 29 d. əvvəl
- 29 d. əvvəl
- 32 d. əvvəl
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank valyuta ehtiyatlarının daha da artdığını açıqladı - SON MƏBLƏĞ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
İyunun 3-də gözlənilən hava şəraiti
İxracan ən çox qazanan Azərbaycan şirkətləri - YENİ SİYAHI
“MJ Financial Services BOKT” böyüyüb, faiz gəlirləri artıb
“Fintrend” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
Azərbaycanda pul bazası 24 milyard manatı keçib
BP 2027-ci ildə "Qarabağ" yatağı üzrə yekun investisiya qərarı verməyi planlaşdırır
SOCAR iyulun 1-dən BTC kəmərinin operatoru olacaq
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
“PAŞA Sığorta” mənfəəti ilə bazar liderliyini qoruqmaqdadır















.jpg)






