Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Ötən gün ABŞ-da İstehsal Qiymətləri İndeksinin (PPI) proqnozların altında açıqlanması fonunda dollar major valyutalar qarşısında ucuzlaşıb, lakin bir qədər sonra itirdiyi mövqeləri bərpa edə bilib. EUR/USD valyuta cütlüyü ilk öncə 1.16930 səviyyəsindən 1.17300-ə qədər bahalaşıb, sonra isə 1.16920 səviyyəsinədək geriləyib. Eyni müddət ərzində GBP/USD cütlüyü 1.35630 həddindən 1.35190 həddinədək enib.
Amerikada İstehsal Qiymətləri İndeksi (PPI) avqustda aylıq ifadədə 0.1% azalıb. Son dörd ay ərzində ilk dəfə qeydə alınan azalma analitiklər üçün gözlənilməz olub. Belə ki, onlar orta hesabla göstəricinin 0.3% artacağını proqnozlaşdırmışdılar. Ötən ilin avqustu ilə müqayisədə PPI 2.6% artıb. Proqnoz isə 3.3%-lik artımı nəzərdə tuturdu.
Bu statistik məlumatlar istehlak qiymətlərinin artım tempinin zəifləməyə davam edəcəyinə dair proqnozları gücləndirib. Nəticədə bir çox analitik ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) gələn həftə faiz dərəcəsini birdən-birə 50 baza bəndi endirə biləcəyini proqnozlaşdırır.
ABŞ fond indeksləri “S&P 500” və “Nasdaq” növbəti dəfə rekord səviyyəyə yüksəlib, “Dow Jones” isə çərşənbə günü keçirilən ticarət sessiyasının yekununda enib.
“Oracle Corp.”-un səhmlərinin qiyməti çərşənbə günü demək olar ki, 41% artıb. Dünyanın ən iri proqram təminatı istehsalçılarından biri olan şirkət iyun–avqust aylarını əhatə edən birinci maliyyə rübündə “bulud” seqmentində gəlirlərini 28% artırıb. Şirkət bütün maliyyə ili üzrə bu göstəricinin 77% artacağını proqnozlaşdırıb.
“Apple Inc.”-in səhmlərinin dəyəri isə yeni “iPhone 17”-nin uğursuz çıxışı səbəbindən 3.2% ucuzlaşıb.
“Financial Times” qəzeti yazıb ki, ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına Rusiya üzərində təzyiqi artırmaq məqsədilə Çin və Hindistana qarşı 100%-lik rüsumlar tətbiq etməyi təklif edib. Nəşrin mənbələrindən biri bildirib ki, ABŞ qəti addımlar atmağa hazırdır, lakin yalnız Avropa onları dəstəklədiyi halda. Həmçinin, qeyd olunur ki, Vaşinqton Brüsselin Hindistan və Çinə qarşı tətbiq edəcəyi istənilən tarifləri dəstəkləməyə hazırdır.
Beynəlxalq reytinq agentliyi “Fitch” isə 2025-ci ildə qlobal ÜDM-in artımı üzrə proqnozunu 2.2%-dən 2.4%-ə yüksəldib. Qərara əsas kimi ikinci rübün proqnoz olunandan daha güclü iqtisadi göstəriciləri göstərilib. Avrozona üzrə ÜDM-in artım proqnozu da 0.8%-dən 1.1%-ə qaldırılıb.
Bu gün Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcəsi ilə bağlı qərarı investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdən biridir. Eləcə də, ABŞ-da açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) göstəriciləri bazar iştirakçılarının marağına səbəb olacaq.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 50 d. əvvəl
- 52 d. əvvəl
- 55 d. əvvəl
-
7 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
7 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
8 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
















.jpg)








