Azərbaycan istifadəçiləri üçün ABŞ birjalarına birbaşa çıxış imkanı!
(®) ABB İnvest-in təqdim etdiyi xidmətlər sayəsində Azərbaycan istifadəçiləri ABB mobile tətbiqi vasitəsilə həm yerli, həm də beynəlxalq maliyyə bazarlarına rahat şəkildə çıxış əldə edirlər.
Mobil tətbiq üzərindən cəmi bir neçə dəqiqəyə açılan investisiya hesabı ilə ABŞ fond birjalarında tez və asan şəkildə investisiya etmək mümkündür. Ən vacib üstünlüklərdən biri odur ki, bütün alınan səhmlər birbaşa istifadəçinin öz adına rəsmiləşdirilir.
ABB İnvest, ABB mobile vasitəsi ilə həmçinin yerli bazarda investisiya etmək üçün də geniş imkanlar təqdim edir. İstifadəçilər tətbiq vasitəsilə birbaşa öz adlarına Milli Depozit Mərkəzində (MDM) hesab aça və sifariş yerləşdirə bilərlər.
ABB İnvest -in tərəfdaşlığı ilə təqdim olunan bu xidmətlər bir sıra üstünlükləri özündə birləşdirir:
Birbaşa ABŞ fond birjalarına çıxış
İstifadəçilərin qiymətli kağızların alışı və satışı üzrə verdikləri sifarişlər bilavasitə ABŞ-ın NYSE, NYSE National, NYSE American, NASDAQ, NYSE Arca Equities kimi nüfuzlu fond birjalarına yönləndirilir. Sifarişlər “ən yaxşı qiymət prinsipi” əsasında icra olunur ki, bu da əməliyyatların real bazar dəyərində və şəffaf şəkildə həyata keçirilməsinə imkan verir.
Geniş investisiya imkanları
ABB mobile tətbiqi istifadəçilərə səhmlər və investisiya fondlarının paylarının alqı-satqısı, eləcə də hissəvi investisiya (fractional trading) funksiyalarından faydalanmaq imkanı təqdim edir. Bu alətlər kiçik məbləğlərlə investisiyaya başlamaq istəyənlər üçün xüsusi əlveriş yaradır.
Vəsaitlərın mədaxili və məxarici – ABB hesabları ilə 0 komıssıya
İnvestisiya hesabınıza vəsaitin köçürülməsi və çıxarılması birbaşa ABB kartları və hesabları vasitəsilə əlavə komissiyazır həyata keçirilir. Bu isə bank və investisiya hesabı arasında sürətli və təhlükəsiz əlaqə yaradır.
Hesab birbaşa sizin adınıza rəsmiləşdirilir
ABB mobile vasitəsilə aldığınız bütün qiymətli kağızlar birbaşa sizin adınıza rəsmiləşdirilir və bu aktivlər tərəfdaşımız “DriveWealth LLC” tərəfindən idarə olunur. DriveWealth LLC, ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) tərəfindən lisenziyalaşdırılmış və tənzimlənən investisiya şirkətidir.
İnvestisiyalarınız sığortalanır
ABB İnvest -in tərəfdaşı DriveWealth LLC, ABŞ-da fəaliyyət göstərən və SIPC (Securities Investor Protection Corporation) üzvüdür. Bu üzvlük, müştəri aktivlərinin – pul və qiymətli kağızların 500.000 ABŞ dollarına qədər sığortalanmasını təmin edir.
ABB mobile tətbiqini yükləyin, investisiyaya başlayın
İnvestisiya hesabı açmaq üçün ofisə gəlməyə və ya əlavə sənədlərə ehtiyac yoxdur. ABB Mobile tətbiqini yükləməklə tam rəqəmsal formada investisiyaya başlaya bilərsiniz.
Ətraflı məlumat üçün:
Veb sayt: www.abbinvest.az
Əlaqə nömrəsi: +994 50 268 33 99
ABB mobile tətbiqi – App Store və Google Play-də mövcuddur
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
11 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 12 saat əvvəl
-
12 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
12 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ







.jpg)







.jpg)








