Yeni zavod tikilir, hər il 28-30 min ton təzə alma alacaq
Regionlarda son illər istifadəyə verilən yeni sənaye müəssisələrinin sayı artır. Marja.az-ın əldə etdiyi məliumata görə, hazırda meyvə emalı sahəsində böyük bir sənaye layihəsinin həyata keçirilməsinə start verilib.
Zavodun ümumi sahəsi 4 hektar, işçi sayı 112 nəfər planlaşdırılıb.
Tikintisi davam edən zavodda meyvə konsentratı istehsalı və qablaşdırılması nəzərdə tutulur. Zavodda illik 4 min ton alma konsentratı istehsal ediləcək ki, bunun üçün 28-30 min ton təzə alma emal olunacaq. Bu da həm yerli bazarın tələbatını ödəməyə, həm də ixrac imkanlarını genişləndirməyə şərait yaradacaq.
Zavodun fəaliyyəti bölgədə iqtisadi aktivliyi artırmaqla yanaşı, kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalına, əlavə dəyər yaradılmasına və yeni iş yerlərinin açılmasına töhfə verəcəkdir.
Müəssisənin açılışı bu ilin sentyabr ayına nəzərdə tutulur.
Yeni müəssisənin fəaliyyətə başlaması yerli kənd təsərrüfatı sektoruna dəstək verməklə yanaşı, meyvə emalı sahəsində yerli və beynəlxalq bazara yüksək keyfiyyətli məhsullar təqdim etməyə imkan yaradacaq.
Gələcəkdə müəssisənin məhsul qablaşdırmasında istifadə edəcəyi dəmir çəlləklərin və aseptik salafan torbaların idxalından asılılığın azaldılması üçün klaster daxilində yerli istehsalın inkişaf etdirilməsi də planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)















