"Bank Respublika" tanınmış döyüşçünün sponsoru oldu
Tariyel İsmayılov: "İnanırıq ki, Rafael Fiziev parlaq qələbələr qazanaraq UFC kəmərini Azərbaycana gətirəcək". Rafael Fiziev: “Mən rinqdə hər zaman qələbə üçün çıxıram. İndi arxamda güclü bir tərəfdaş var – Bank Respublika. Bu birliklə qarşıda daha böyük hədəflər var". Əməkdaşlıq çərçivəsində Rafael Fiziev bankın reklam kampaniyalarında, sosial layihələrində və ictimai təşəbbüslərində də iştirak edəcək.Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan Bank Respublika, beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən UFC döyüşçüsü Rafael Fiziev ilə rəsmi sponsorluq əməkdaşlığı müqaviləsi imzalayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, bu əməkdaşlıq yalnız bir sponsorluq deyil, bu – ortaq dəyərlərin birliyidir. Güc, dayanıqlılıq, sürət, inam və qələbə ruhu – Bank Respublika və Rafael Fizievi birləşdirən əsas xüsusiyyətlərdir.
Əməkdaşlıq sazişi Bakıdakı Four Seasons Hotel-də keçirilən möhtəşəm təqdimat tədbiri çərçivəsində rəsmiləşib. Tədbirdə “Bank Respublika”nın təsisçiləri, tərəfdaşları, müştərilər, media nümayəndələri, həmçinin, Azərbaycana beynəlxalq arenada qələbələr qazandırmış tanınmış idmançılar — Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov və Xəyal Canıyev də iştirak ediblər.
“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov tədbirdə çıxış edərək bildirib: "Bank Respublika olaraq biz hər zaman Azərbaycan gəncliyinin, idmanın və uğur hekayələrinin yanında olmuşuq. İdman xalqımızı güclü edir. Biz isə Bank Respublika olaraq hər zaman xalqı öz nümunəsi ilə ruhlandıranların yanında olacağıq. İnanırıq ki, Rafael Fiziev parlaq qələbələr qazanaraq UFC kəmərini Azərbaycana gətirəcək".
Tədbirdə çıxış edən Rafael Fiziev bildirib ki, “Bank Respublika”nın yanaşması, dəyərləri və idmana verdiyi töhfə onun bu seçimi etməsində əsas rol oynayıb: “Mən rinqdə hər zaman qələbə üçün çıxıram. İndi arxamda güclü bir tərəfdaş var – Bank Respublika. Bu birliklə qarşıda daha böyük hədəflər var".
Əməkdaşlıq çərçivəsində Rafael Fiziev bankın reklam kampaniyalarında, sosial layihələrində və ictimai təşəbbüslərində iştirak edəcək.
Bank Respublika bu gün Azərbaycanda idmanın inkişafına önəmli töhfələr verən aparıcı qurumlardan biridir. Bank həmçinin Sabah futbol və basketbol klublarının, futbol üzrə milli komandanın, həmçinin ONE FC döyüşçüsü Akif Quluzadənin də rəsmi tərəfdaşıdır.
Qeyd edək ki, Bank Respublika ilə tərəfdaşlıq çərçivəsində Rafael Fiziev işğaldan azad olunmuş torpaqlarımıza da səfər etmişdir. Səfər çərçivəsində Hadrut, Füzuli, Şuşa və Xankəndində olan UFC ulduzu bununla bağlı sosial şəbəkə səhifəsində “Qarabağ – Azərbaycandır!” paylaşımı etmiş və azarkeşlərinin böyük rəğbətini qazanmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
42 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 45 d. əvvəl
-
54 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
57 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir





















