TuranBank DOST Agentliyi ilə birgə həssas qrupdan olan uşaqları sevindirib ®
Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti aksiyaya imza atıb.
Belə ki, Bank DOST Agentliyinin “Könüllü DOST” proqramı çərçivəsində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin dəstəyi ilə autizm, daun sindromlu uşaqlar, həmçinin şəhid ailələrinin övladlarının sosial inteqrasiyasını təşviq etmək, onların yaradıcılıq və bacarıqlarını inkişaf etdirmək, həmçinin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar cəmiyyətin diqqətini onların hüquqlarına və ehtiyaclarına yönəltmək məqsədilə tədbir keçirib.
50 nəfər həssas kateqoriyadan olan uşaqların iştirak etdiyi tədbir 3 istiqamətdə davam edib. “Dünyanı öz rənginə boya” adı altında uşaqlar strafor materialdan hazırlanmış böyük dünya üzərində xəyal dünyalarını əks etdirən şəkillər çəkib, tədbirin ikinci hissəsində isə uşaqlarla DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həyətində ekoterapiya fəaliyyəti həyata keçirilərək güllər əkilib. Tədbirin üçüncü hissəsində “Ritm hər kəs üçündür” adı altında rəqs master-klassı keçirilib. Sonda uşaqlara istəklərinə uyğun müxtəlif hədiyyələr təqdim edilib.
Qeyd edək ki, TuranBank Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində daim həssas əhali qruplarını diqqət mərkəzində saxlayır və dəstək olur. Bundan sonra da Bank gələcəyimiz olan uşaqlara dəstək layihələrini, o cümlədən sosial həssas əhali qruplarının ehtiyaclarının qarşılanması üzrə aksiyalarını davam etdirəcək.
! Bu məlumat tərəfdaşlıq əlaqələri əsasında yayımlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
16 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)




