“Yapı Kredi Bank Azərbaycan”a yeni sədr təyin olunub
Mete Şamil Öztürk “Yapı Kredi Bank Azərbaycan” QSC-də İdarə Heyətinin Sədri, Baş Direktor vəzifəsinə təyin olunub.
Bankın yaydığı press-relizdə bildirilir ki, Mete Şamil Öztürk bakalavr təhsilini Anadolu Universitetinin İqtisadiyyat və İnzibati Elmlər fakültəsində tamamlamışdır. Peşəkar karyerasına 1996-cı ildə “Dış Ticarət Bankası” A.Ş-də maliyyə analizi mütəxəssisi kimi başlayan Mete Şamil Öztürk maliyyə və bankçılıq sahəsində 25 ildən artıq təcrübəyə malikdir.
1998-2001-ci illərdə o, eyni bankda kommersiya marketinq müdiri kimi fəaliyyət göstərmiş, daha sonra “Koç Bank” A.Ş-də kommersiya portfeli müdiri (2001-2005) və Filial müdiri (2005-2006) vəzifələrində çalışmışdır. Mete bəy 2006-2016-cı illərdə “Yapı ve Kredi Bankası” A.Ş-nin müxtəlif filiallarına rəhbərlik etmiş, 2016-2022-ci illər ərzində isə Bankın Ege, Akdeniz, Beyoğlu və Haliç regionlarının Kommersiya Bankçılığı üzrə regional müdiri olmuşdur.
Mete Şamil Öztürk “Yapı Kredi Bank Azərbaycan” QSC-yə təyinatına qədər isə İstanbul Avropa Şimal Regionunun müdiri kimi “Yapı ve Kredi Bankası” A.Ş-də fəaliyyət göstərmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
14 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























