Naxçıvan Səhiyyə Nazirliyi Smart Peyvənd Sistemi alıb
"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən kompleks islahatlar davam edir.
Naxçıvan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, bu islahatlar çərçivəsində məqsəd, tibbi xidmətin müasir dünya standartlarına uyğunlaşdırılması, səhiyyə infrastrukturunun gücləndirilməsi və əhalinin sağlamlığının qorunmasıdır.
Son illərdə, xüsusilə vaksinasiya sahəsində əhəmiyyətli addımlar atılaraq, müasir texnologiyalardan istifadə edilərək, peyvəndləmə prosesinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürülüb. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən alınan Smart Peyvənd Sisteminin dünən təhvil alınıb.
Yeni avadanlıq, peyvəndləmə prosesinin tam avtomatlaşdırılmasını, həmçinin peyvəndlərin düzgün saxlanılması, idarə edilməsi və tətbiqi məsələlərini daha etibarlı və effektiv şəkildə həyata keçirmək üçün nəzərdə tutulub. Smart Peyvənd Sisteminin əsas üstünlüyü, peyvəndlərin saxlanması və tətbiqi zamanı yüksək texnologiyaların istifadəsidir. Bu sistem vasitəsilə, hər bir peyvəndin düzgünlüyü barkod sistemi ilə yoxlanılacaq, soyuducularda isə temperatur 7/24 davamlı olaraq qorunacaqdır. Temperaturun düzgünlüyü və saxlanma şəraiti, qapı açıldığı zaman belə dəyişməyəcək, bu da peyvəndlərin effektivliyini və təhlükəsizliyini təmin edəcəkdir.
Qeyd edilib ki, yeni soyuducular, peyvəndlərin optimal saxlanılması və tətbiqi üçün ən yüksək texnologiya ilə təchiz edilib. Bu avadanlıqlar yaxın zamanda, muxtar respublika ərazisində yeni fəaliyyətə başlamış Ailə Sağlamlıq Mərkəzlərinə paylanacaq və peyvəndləmə xidmətlərinin keyfiyyətini daha da yüksəldəcəkdir.
Bu cür tədbirlər, səhiyyə sahəsində atılan digər addımlarla birgə, Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunmasına və müasir tibbi xidmətlərin təmin edilməsinə mühüm töhfə verəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 d. əvvəl
-
- 23 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
3 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti





.jpg)
.jpg)







.jpg)







