"Azərbaycanda auditor çatışmır"
Azərbaycanda audit sahəsində peşəkar kadr çatışmazlığı müşahidə olunur.
Bunu müsahibəsində Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov bildirib.
Onun sözlərinə görə, problem peşəyə marağın zəifliyi, təcrübəli auditorların azlığı, beynəlxalq sertifikatlara malik kadrların sayının məhdudluğu və əmək miqrasiyası ilə bağlıdır.
"Audit sahəsində peşəkar kadr çatışmazlığının aradan qaldırılması məqsədilə ali təhsil müəssisələri ilə Auditorlar Palatası arasında əməkdaşlığın gücləndirilməsini, iqtisadiyyat, maliyyə və mühasibatlıq üzrə tədris proqramlarına audit fənlərinin daha geniş inteqrasiyasını, universitetlərdə seminarlar, master-klasslar və praktiki təlimlərin təşkilini, tələbələr üçün təcrübə proqramları və karyera mərkəzləri ilə birgə fəaliyyətin təşviqini təklif edirik.
Bununla yanaşı, gənc auditorlar üçün stimullaşdırıcı mexanizmlərin tətbiqi, sertifikat imtahanlarına hazırlıq kurslarında güzəştli iştirak imkanlarının yaradılması, ödənişli təcrübə proqramlarının təşkili (3-6 ay müddətində), mentor dəstəyi ilə bacarıqların inkişafı, peşənin gənclər arasında təbliği məqsədilə sosial şəbəkələrdə uğur hekayələri, maarifləndirici videolar və “Auditor peşəsini tanıyaq” layihələrinin həyata keçirilməsi lazımdır", - deyə sədr qeyd edib.
O, həmçinin deyib ki, Palata beynəlxalq sertifikatların dəstəklənməsini, ACCA, CPA, CIA və digər beynəlxalq sertifikatlar üzrə təlimlərə dəstək mexanizmlərinin yaradılmasını, auditor təşkilatları ilə birgə beynəlxalq sertifikatlaşdırma proqramlarının həyata keçirilməsini, kiçik və orta sahibkarlıq subyektləri üçün audit xərclərinə subsidiya mexanizmlərinin tətbiqini təklif edir.
"Bu tədbirlərin kompleks şəkildə icrası auditor peşəsinin nüfuzunun artırılmasına, gənclər üçün cəlbedici karyera imkanlarının yaradılmasına və bütövlükdə milli audit sisteminin dayanıqlığının gücləndirilməsinə töhfə verəcək", - deyə V.Novruzov əlavə edib.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Həmçinin oxu
Mərkəzi Bankda yeni təyinat© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
















.jpg)