"TP-Link"in Azərbaycandakı rəsmi distribyutorunun mağazası açıldı
(®) Dünya miqyaslı TP-Link brendinin Azərbaycandakı rəsmi distribütoru olan Connectronic şirkəti Azərbaycanda ilk dəfə olaraq TP-Link brendinə məxsus showroom-un açlışını etdi.
Burada TP-Link brendinə məxsus VIGI, Tapo, Omada, Mercusys və Aginet məhsullarının nümayişi və satışı baş tutacaqdır.
Açılışda fəxri qonaqlar qismində TP-Link şirkətinin region üzrə ümumi direktoru Lucas Jiang, regional rəhbəri Max Zhou və digər rəsmiləri, həmçinin Azərbaycan Respublikasının rəsmi dövlət nümayəndələri və tanınmış şirkətlərin rəhbərliyi iştirak etmişdir.
Qeyd edək ki, ötən il Connectronic şirkəti VIGI və Mercusys üzrə eksklüziv olmaqla, yuxarıda sadalanan istiqamətlər üzrə TP-Link brendinin rəsmi distribütorluğunu almış və qısa zamanda bir çox uğurlu layihələrə imza atmışdır.
İndi isə Connectronic şirkətinin Azərbaycan bazarı üçün satışını həyata keçirdiyi TP-Link məhsulları haqqında qısa məlumatı təqdim edirik:
VIGI – IP videomüşahidə həllərindən ibarət olmaqla, ən son texnoloji yenilikləri özündə əks etdirən, həmçinin videomüşahidə avadanlıqlarından istifadəni asanlaşdıran və əlçatan edən məhsullardan ibarətdir.
Tapo – ağıllı ev sistemini əhatə edən videomüşahidə kameraları, ağıllı sensorlar, ağıllı domofonlar, ağıllı elektrik yuvaları, ağıllı lampalar, ağıllı elektrik cərəyanı idarəediciləri və s. məhsullardan ibarətidr. Ən çox “dayə kamerası” kimi tanınan Tapo kameraları artıq bir çox valideynin texnoloji dostuna çevrilmişdir və fərdi yaşayış sahələrində geniş istifadə edilməkdədir.
Omada – kiçik və orta biznes subyektlərinin şəbəkə həllərini əhatə edən bu məhsullar, yüksək keyfiyyət simvolu olaraq artıq Azərbaycan bazarında sürətli internet, stabil bağlantı və uzunmüddətli istifadə sayəsində biznes sahiblərinin bir nömrəli seçiminə çevrilmişdir.
Mercusys – ənənəvi TP-Link keyfiyyəti artıq daha sərfəli və əlçatandır. Mercusys şəbəkə avadanlıqları yüksək TP-Link keyfiyyəti və sərfəli qiymətləri özündə birləşdirərək hər büdcəyə uyğun, stabil və sürətli interneti təmin edən avadanlıqlar təqdim edir.
Aginet – bu məhsullar isə ISP (Internet Service Provider) şirkətlərinin həlləri üçün nəzərdə tutulub və artıq Azərbaycan bazarında geniş miqyasda istifadə edilməkdədir. Xüsusilə GPON layihələri üçün əvəzedilməz olan Aginet həlləri hər istifadə zamanı dəfələrlə öz gücünü və keyfiyyətini sübut etmişdir.
Connectronic – təhlükəsizliyin yeni adı!
Telefon: (099) 999 90 66
Mail: [email protected]
Baş ofis: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə 44
Mağaza: Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, 21
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























