Azərbaycan əhalisinin 11 faizə yaxını pensiyaçıdır
Dövlət Statistika Komitəsi ölkədə sosial təminat haqqında məlumatları açıqlayıb.
Qeyd edilib ki. 2025-ci il yanvarın 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 98,3 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 1 milyon 96 min) pensiyaçı qeydiyyatda olmuşdur ki, bu da ölkə əhalisinin 10,7 faizini təşkil edir. Onların 64,3 faizi yaşa, 23,2 faizi əlilliyə, 12,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz artaraq 496,6 manat təşkil etmiş və orta aylıq əmək- haqqının 49,2 faizinə bərabər olmuşdur.
Qeyd edilib ki, ölkədə pensiyaçıların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 fevral tarixli 469 nömrəli sərəncamına əsasən 2025-ci ilin 1 yanvar tarixindən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılmışdır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş müvafiq dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 14,3 faiz artırılaraq 2025-ci ilin 1 fevral tarixindən 320 manat müəyyən olunmuşdur.
Bununla yanaşı, əhalinin sosial müdafiəsinin təmin edilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan şəxslərə müxtəlif növ aylıq sosial müavinətlər təyin edilir. Belə ki, 2025-ci il yanvarın 1-i vəziyyətinə yaşa görə müavinət alanların sayı 156,2 min (ötən ilin yanvarın 1-i vəziyyətinə 143,7 min) nəfər, əlilliyə görə - 42,6 min nəfəri 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər olmaqla, cəmi 218,4 min (müvafiq olaraq 47,0 min və 217,7 min) nəfər, ailə başçısını itirməyə görə - 56,4 min (57,2 min) nəfər, digər müavinət növlərini alanların sayı isə 22,2 min (23,4 min) nəfər olmuşdur.
Eyni zamanda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların 163 nəfər qəyyumuna aylıq müavinət verilmişdir. Bununla yanaşı, Şəhid ailələrinin, müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş şəxslərin, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının və müddətli hərbi xidmət qulluqçularının 4,4 min ailəsinə 6,4 min uşaq üçün aylıq müavinət verilmişdir. Bundan əlavə, 2376 nəfər bir yaşınadək uşağı olan 2308 aztəminatlı ailəyə, övladlığa götürülən və himayədar ailəyə verilmiş, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş 42 uşağa görə 40 ailəyə və beşdən çox uşağı olan 2,8 min qadına 12,3 min uşaq üçün sosial müavinət, əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində zərərçəkən 285 şəxsə isə kompensasiya verilmişdir.
2024-cü il ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 43,2 min ailəyə 45,1 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,8 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 6,8 min nəfərə birdəfəlik müavinətlər verilmişdir.
2025-ci il yanvarın 1-i vəziyyətinə 76,0 min aztəminatlı ailənin 334,5 min üzvü ünvanlı dövlət sosial yardımı almış və onun bir nəfərə düşən orta aylıq məbləği 107,5 manat təşkil etmişdir.
Bunlarla yanaşı, müxtəlif kateqoriyadan olan 401,4 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)









.jpg)






