Avropa Mərkəzi Bankından 6-cı faiz endirimi
Avropa Mərkəzi Bankı (AMB, ECb) faiz qərarını açıqlayıb.
Marja xəbər verir ki, Avropa Mərkəzi Bankı depozit dərəcəsini 0,25 faiz bəndi də azaldaraq 2,50 faizə endirib.
Bank həmçinin kreditləşmə faizini 2,90 faizə endirib.
ECB faiz dərəcələrinin əhəmiyyətli dərəcədə daha az məhdudlaşdırıcı vəziyyətə gəldiyini qeyd edib.
"Faiz dərəcələrinin azaldılması şirkətlər və ev təsərrüfatları üçün yeni borclanmaları ucuzlaşdırır, kredit artımını sürətləndirir", -ECB-nin açıqlamasında deyilir.
Yenilənmiş iqtisadi proqnozlar
Faiz qərarı ilə yanaşı, ECB iqtisadi göstəricilər üzrə proqnozlarını da yeniləyib.
Bankın son proqnozlarına görə, inflyasiya 2025-ci ildə orta hesabla 2,3 faiz, 2026-cı ildə 1,9 faiz və 2027-ci ildə 2 faiz təşkil edəcək.
Açıqlamaya görə, 2025-ci il üzrə inflyasiya proqnozunda yuxarıya doğru artım enerji qiymətlərinin daha güclü dinamikasını əks etdirir. Enerji və ərzaq məhsulları nəzərə alınmayan inflyasiyanın 2025-ci ildə orta hesabla 2,2 faiz, 2026-cı ildə 2,0 faiz, 2027-ci ildə isə 1,9 faiz olacağı təxmin edilir.
2025-ci il üçün iqtisadi artım proqnozu 1,1 faizdən 0,9 faizə endirilib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 22 saat sonra
-
- 5 d. əvvəl
-
33 d. əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
38 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 50 d. əvvəl
- 52 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ən çox oxunanlar
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















