Stiv Cobsun 1984-cü ildə Macintosh-u təqdim edərkən taxdığı bant 35.750 dollara satılıb
Apple şirkətinin həmtəsisçisi Stiv Cobsun 1984-cü ildə Macintosh kompüterini təqdim edərkən taxdığı çəhrayı-yaşıl zolaqlı bant (papillon - kəpənək formalı qalstuk) "Julien's Auctions" təşkil etdiyi hərracda 35 min 750 dollara satılıb.
Marja.az xəbər verir ki, bu barədə "Julien's Auctions"hərrac evi məlumat yayıb.
Maksimum 2000 dollara satılacağı gözlənilirdi
Business Insider-in məlumatına görə, bantın hərracdan 1000-2000 dollar arasında satılacağı gözlənilirdi, lakin 27 təklifdən sonra dəyərindən xeyli baha satılıb.
Jobs 1984-cü ildə səhmdarların illik yığıncağında Macintosh kompüterini təqdim edərkən bu bantı taxdığı məlumdur. Həmçinin bildirilir ki, o, bu bantdan kompüterin təqdimatı üçün fotosessiyalarda və 1983-cü ildə Kolorado ştatının Aspen şəhərində keçirilən Beynəlxalq Dizayn Konfransında istifadə edib. Jobs tədbirdəki çıxışı zamanı “Mənə 60 dollar verdilər, ona görə də bant taxdım” deyə zarafat etmişdi.
Apple-ın ilk dövrlərindən olan əşyalar da kolleksiyaçıların diqqətini cəlb edir. 2022-ci ildə 2007-ci ildə açılmamış, birinci nəsil iPhone 39 min dollardan baha satılıb. Bir il sonra analoji iPhone modeli hərracda 190 min dollara satılıb.
February 27, we held our anticipated SPOTLIGHT: HISTORY & TECHNOLOGY auction and saw remarkable activity on all lots sold to eager bidders.
— Julien's Auctions (@JuliensAuctions) March 1, 2025
The auction included historic photographs, documents, and memorabilia related to notable events and figures from former presidents to tech… pic.twitter.com/URrUdetKMO
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)











.jpg)




