"Lloyds Bank" daha 136 filialını bağlayacaq
"Lloyds Banking Group "müştərilərin rəqəmsal bankçılığa keçid etmələrinə uyğunlaşmaq üçün Böyük Britaniyada 136 filialını bağlamaq qərarına gəlib. 2025-ci ilin may və 2026-cı ilin mart ayları arasında 61 "Lloyds", 61 "Halifax" və 14 "Bank of Scotland" filialı bağlanacaq. Bank bağlanan filiallardakı kadrların müxtəlif filiallara və ya şirkət daxilindəki digər şöbələrə yönləndiriləcəyini açıqlayıb.Böyük Britaniyada yerləşən maliyyə və bank təşkilatı "Lloyds Banking Group", müştərilərin rəqəmsal bankçılığa keçmələrinə uyğunlaşmağa çalışdığı üçün Böyük Britaniyada daxilində 136 filialını bağlayacağını açıqlayıb.
Marja.az "Financial Times"ın məlumatına istinadən xəbər verir ki, bank 2025-ci ilin mayından 2026-cı ilin martına qədər 61 "Lloyds" filialını, həmçinin 61 "Halifax" və 14 "Bank of Scotland" filialını bağlayacağını bildirib.
Bankdan bildirilib ki, filiallarda çalışan işçilərə başqa filialda və ya biznesin fərqli bölmələrində vəzifə təklif olunacaq.
"20 milyondan çox müştəri tətbiqlərimizdən istifadə edir və müştərilər gündəlik bankçılıq üçün həmişəkindən daha çox seçim və çevikliyə malikdirlər" - bankın sözçüsü deyib.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
4 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
4 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
4 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
SOCAR ilə İslam Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb




























