Azərbaycan İnvestisiya Şirkəti yatırdığı hər 1 manata görə investorlardan 6,5 manat cəlb edib
Əsası 2006-cı ildə qoyulmuş Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) üçün 2020–2024-cü illər iqtisadiyyatın əsas sektorlarının transformasiyasına və dayanıqlı inkişafa xidmət edən layihələrin həyata keçirilməsinə yönəlmiş aktiv fəaliyyət dövrü olub.
Marja.az Şirkətə istinadən xəbər verir ki, son 5 ildə vəsaitlərin yatırıldığı layihələrin ümumi dəyəri 1,7 milyard manata çatmışdır. Bu məbləğin 292 milyon manatı bilavasitə AİŞ tərəfindən təsdiqlənmiş investisiya vəsaitidir. Bundan başqa 476 milyon manat məbləğində birbaşa xarici investisiya cəlb etmək mümkün olmuşdur.
Xüsusən cəlb edilən vəsaitlərin nisbətini qeyd etmək yerinə düşər: AİŞ-in yatırdığı hər 1 manata görə beynəlxalq və yerli investorlardan, həmçinin maliyyə institutlarından 6,5 manat cəlb olunub. Birbaşa xarici investisiyalar çərçivəsində isə bu nisbət AİŞ-in yatırdığı hər 1 manata 1,62 manat təşkil edib. Bu multiplikator effekti şirkətin investisiya tərəfdaşı kimi yüksək səmərəliliyini nümayiş etdirir.
Cəlb edilmiş investisiyalar 23 layihənin həyata keçirilməsinə, o cümlədən 19 yeni istehsal müəssisəsinin tikintisinə yönəldilib. Bu təşəbbüslər ölkənin istehsal imkanlarını gücləndirməklə yanaşı, növbəti bir neçə il ərzində 2300-ə yaxın iş yerinin yaradılmasına imkan verəcək.
AİŞ rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə də ixrac və idxalın əvəzlənməsinə yönəlmiş layihələrdə iştirak edir. Hal-hazırda AİŞ sayəsində qida və əczaçılıq sənayesi sahəsində, eləcə də tikinti materialları və geyim sahəsində strateji məhsulların fəal istehsalı həyata keçirilir ki, bu da iqtisadiyyatın, biznesin və əhalinin həyati əhəmiyyət kəsb edən məhsullarla təmin edilməsinin mühüm göstəricisidir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 d. əvvəl
-
- 15 d. əvvəl
-
26 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 30 d. əvvəl
-
42 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)
.jpg)




.jpg)











.jpg)
