Meta 2025-ci ildə süni intellektə 65 milyard dollar xərcləməyi planlaşdırır
Facebook, Instagram və WhatsApp-ın sahibi Meta şirkəti 2025-ci ildə süni intellektlə əlaqəli layihələrə 65 milyard dollara qədər sərmayə yatırmağı planlaşdırır. O cümlədən nəhəng məlumat mərkəzi tikiləcək və süni intellekt qruplarında işə qəbul artırılacaq.
"Şirkət bu vəsaiti "Manhettenin əhəmiyyətli bir hissəsini əhatə edəcək qədər böyük" məlumat mərkəzi tikmək üçün istifadə etməyi planlaşdırır", -Şirkətin rəhbəri mark Zukerberq Facebook-da yazıb.
Marja xəbər verir ki, bu il təxminən 1 giqavatlıq emal gücü işə salacaqlarını qeyd edən Zukerberq, ili 1,3 milyondan çox qrafik emal vahidi (GPU) ilə tamamlayacaqlarını bildirib.
Zukerberq öz postunda qeyd edib: "Bu, möhtəşəm bir səydir və bizim əsas məhsullarımızı və biznesimizi gələcək illər üçün idarə edəcək, tarixi yenilikləri açacaq və Amerikanın texnologiya liderliyini genişləndirəcək".
Son bir neçə ildə süni intellektə əhəmiyyətli investisiyalar yatıran Meta, bu yaxınlarda Luiziana ştatında 10 milyard dollarlıq yeni məlumat mərkəzi quracağını açıqlayıb. Şirkət həmçinin AI köməkçisi və Ray-Ban smart eynəkləri kimi məhsulları gücləndirmək üçün yeni kompüter çipləri alıb. Zukerberq əlavə edib ki, Meta 2025-ci ildə "süni intellekt qruplarını əhəmiyyətli dərəcədə artıracaq".
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
10 d. əvvəl
Bu gün PAŞA Bank-ın səhmləri ticarətə buraxılır - yerləşdirmə başlayır
- 42 d. əvvəl
- 56 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur



























