"Dollara tələbat 1-1,2 milyard həcmindədir"
“Dövlət Neft Fondu hərracdan çəkilsə, gərgin bir vəziyyət yaranacaq”
Bir müddətdir ölkədə davam edən dollar qıtlığı məsələsi hələ də həllini tapmayıb. Belə ki, bankların dollar satışını məhdudlaşdırması müəyyən problemlər yaradıb. Xüsusilə, yanvar ayının ilk günlərində turizm sahəsi bu problemdən daha çox əziyyət çəkdi. Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,7707 məzənnəsi ilə başlayıb və 1,7742 məzənnəsi ilə yekunlaşıb. Bəs görəsən bu problem 2017-ci ilin ilk rübünə kimi öz həllini tapa biləcəkmi?
"Ölkədə xarici valyutaya tələb nizama düşməlidir”
İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərov bildirib ki, dollar qıtlığı məsələsi bu və ya digər ayla bağlı məsələ deyil. Ümumilikdə, ölkəyə valyuta daxili, onun kənara çıxışından azdır. Problem məhz bundadır. Və bu da mövcud ixrac imkanlarımızla əlaqədardır. Keçən ili "birtəhər" yola verə bildik. Məlum olduğu kimi sonuncu aylar ərzində valyuta bazarında lap çox gərginlik yarandı. Bu da ondan irəli gəlirdi ki, Mərkəzi Bankın keçirdiyi hərraclarda Neft Fondunun dollar satmaq üzrə limiti vaxtından əvvəl başa çatmışdı. Belə ki, adı çəkilən qurumun dövlət büdcəsinə transfertlə bağlı bəlli bir kvotası vardır və ARDNF ekvivalentdən artıq valyuta çıxarıb satmaq imkanına malik deyildir”.
İqtisadçı bildirib ki, xarici valyutaya olan tələbat mütləq nizama düşməlidir : "İndi il yenicə başlayıb. 2016-cı ilin büdcə icrası artıq arxada qalmışdır. ARDNF-in 2017-ci il üçün dövlət büdcəsinə transferlə bağlı yenidən valyuta satışı həyata keçirməsi üçün imkan yaranmışdır. Lakin ölkədə xarici valyutaya tələb də nizama düşməlidir. Hesab edirəm ki, ötən ildəki kimi biz yenə də daxili valyuta bazarında "dalğavari" tendensiyaların şahidi olmaqda davam edəcəyik. Yəni, yenə müəyyən gərginliklərin və nisbi yumşalmanın da baş verəcəyini müşahidə edəcəyik”.
"Dövlətin bu prosesdə iştirakı mütləqdir”
İqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, 2017-ci ildə faktiki olaraq valyuta bazarında valyutanı təşviq edən tək iştirakçı Dövlət Neft Fondu olacaq: " Fondun kifayət qədər manat ehtiyatı var və indiki halda demək olar ki, valyutaya ehtiyacı yoxdur. Həmin manat ehtiyatı imkan verir ki, fond büdcə transferləri ilə bağlı öhdəliyini yerinə yetirsin. Böyük ehtimalla, hökumət Neft Fondunun üzərinə valyuta bazarlarında təzyiqi neytrallaşdırmaq məqsədi ilə öhdəlik qoyub. Lakin istənilən halda Neft Fondunun ötən il ay ərzində bazara 400-450 milyon ABŞ dolları həcmində valyuta çıxardığının şahidi olduq. Hesab edirəm ki, 2017-ci ildə də oxşar tendensiya davam edəcək”.
İqtisadçı bildirib ki, belə olan təqdirdə hətta aylıq tələbat da ödənilmir:
"Qeyd edim ki, ölkədə aylıq tələbat təqribən 1-1,2 milyard dollar həcmindədir. Bu tələbatın ödənilməməsi valyutanın təşviqinin artıqlığı tendensiyası risk ehtimalını daha da artırır. Bu baxımdan hesab edirəm ki, hələlik banklar valyuta satışındakı məhdudiyyəti davam etdirəcəklər. Çünki banklar bir çox hallarda öz tələbatlarını belə ödəyəcək qədər valyutanı hərraclardan ala bilmirlər. Digər bir məsələ isə bankların bu prosesdə iştirakının müəyyən qədər məhdudlaşdırılmasına cəhddir. Düşünmürəm ki, banklar məhdudiyyəti aradan qaldırsın. Bu əslində kifayət qədər mürəkkəb bir məsələdir. Mərkəzi Bankın açıqladığı pul siyasətində və həmçinin, hökumətin açıqladığı hədəflərdən məlum olur ki, 2017-ci ildə tam üzən məzənnəyə keçidlə bağlı qərarın qəbul edilməsi gözlənilir. Yəni, bu o deməkdir ki, hökumət Neft Fondu vasitəsi ilə hansısa formada valyuta hərraclarında iştirak etməyə bilər. Bu da valyuta çatışmazlığını daha da dərinləşdirəcək. Çünki faktiki olaraq qeyri-dövlət sektoru valyuta bazarlarında tələb olunan valyuta həcminin təmin edəcək gücə malik deyil. Bu baxımdan da dövlətin bu prosesdə iştirakı mütləqdir. Hesab edirəm ki, ən azından tam üzən məzənnə rejiminə keçilərsə və Dövlət Neft Fondu səviyyəsində hər hansı ciddi öhdəlik olmazsa, bu o deməkdir ki, kifayət qədər gərgin bir vəziyyət yaranacaq. Təbii ki, sərt pul siyasəti ilə hökumət bu təzyiqi müəyyən qədər neytrallaşdırmağa cəhd etsə də, problem 2017-ci ili bütövlükdə əhatə edəcək”.
© kaspi.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 30 d. əvvəl
-
51 d. əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
55 d. əvvəl
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
- 58 d. əvvəl
-
1 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
2 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
3 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
20 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
Tramp: İranın vurduğu təyyarələr danışıqlara təsir etməyəcək
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif














