COP29: Unicapital-dan yaşıl maliyyəyə növbəti dəstək
“Unicapital İnvestisiya Şirkəti”nin Baş direktoru Vüqar Namazov COP29 çərçivəsində “Azərbaycan Kapital Bazarında Yaşıl İstiqrazlar” mövzusunda keçirilən tədbirdə spiker qismində çıxış edib.
Şirkətin yaydığı press-relizdə bildirilir ki, o, yaşıl istiqrazların gələcəkdəki rolu və potensialını vurğulayıb, ölkəmizdə dayanıqlı investisiyaların inkişaf perspektivlərindən bəhs edib.
Tədbir Bakı Fond Birjası və BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüsləri (UN SSE) tərəfindən birgə təşkil edilib. Tədbirdə, həmçinin İqlim Dəyişimi İstiqrazları Təşəbbüsünün İdarə Heyətinin sədri, AR Mərkəzi Bankının baş direktoru, CFA İnstitutunun direktoru, Beynəlxalq Qiymətli Kağızlar Komissiyaları Təşkilatının (IOSCO) baş katibinin müavini, “Nobel Energy” şirkətinin Maliyyə Qrupu direktoru iştirak ediblər.
Sonda panel iştirakçıları “İqlim Dəyişimi üçün Açılış Zəngi”ni çalıblar.
Maliyyə bazarlarında 17 ildən artıqdır ki, fəaliyyət göstərən Unicapital yaşıl investisiya konseptinin daha geniş yayılması üçün hər zaman yeni təşəbbüslər irəli sürür. Xatırladaq ki, ötən ay “Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyi ilə Azərbaycanda beynəlxalq yaşıl maliyyə standartlarına uyğun ilk istiqrazlar buraxılıb.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
52 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı
























