2024-cü ildə Rusiyanın neft hasilatı 1,6% azalacaq
2024-cü ildə Rusiyada neft hasilatı, baza ssenarisinə görə, 1,6% azalaraq 521,3 milyon tona, 2025-ci ildə 518,6 milyon tonadək azalacaq. Sonra bu rəqəm artmağa başlayacaq, əvvəlcə 2026-cı ildə 525,2 milyon tona, 2027-ci ildə isə 532,6 milyon tona çatacaq.
Marja xəbər verir ki, bu, Rusiya Federasiyasının 2025-2027-ci illər üçün sosial-iqtisadi inkişafı proqnozunda deyilir.
Qlobal iqtisadi artımın daha güclü yavaşlamasını nəzərdə tutan mühafizəkar proqnoza görə, Rusiya Federasiyasında neft hasilatı 2025-ci ildə 506,8 milyon tona, 2026-cı ildə 509,8 milyon tona, 2027-ci ildə isə 511,8 milyon tona düşəcək.
Rusiyanın neft hasilatı OPEC+ çərçivəsində razılaşmalarla məhdudlaşdırılıb. Bundan əlavə, 2024-cü ilin birinci rübündən etibarən Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla səkkiz OPEC+ ölkəsi gündəlik neft hasilatını ümumilikdə 2,2 milyon barel azaltmağa razılaşıb. Lakin 2024-cü ilin dekabrından bu ölkələr neft hasilatını tədricən bərpa etməyə başlamaq niyyətindədirlər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
-
- 14 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 22 saat əvvəl
-
22 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
23 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)











