Əhalinin borc yükü və gecikdirilən kredit məbləği artıb
2024-cü ilin ilk yarısında istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi nominal ifadədə 15% artaraq (30 mln. manat) 226 mln. manat olmuşdur. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, yüksək kreditləşmə tempi nəticəsində əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir.Mərkəzi Bankın dərc etdiyi 2024-cü ilin 1-ci yarımili üzrə Maliyyə Sabitliyi Hesabatında Bank sistemi üzrə kredit riski məsələsinə də yer ayrılıb.
Marja.az Hesabata istinadən xəbər verir ki, cari ilin birinci yarısında kredit riskləri üzrə əhəmiyyətli dəyişiklik müşahidə edilməmişdir. 2024-cü ilin ilk yarısı ərzində qeyri-işlək portfelin(QİK) həcmi mütləq ifadədə 9.5% (58 mln. manat) artaraq 0.7 mlrd. manat təşkil etmişdir.
Qeyri-işlək portfelin cəmi portfeldə payı isə dəyişməz qalaraq 2.6% olmuşdur. 2024-cü ilin 6 ayı ərzində bank sektoru üzrə 88 mln. manat məbləğində silinmə baş vermişdir. Silinmələr əsasən istehlak portfeli üzrə məhdud sayda bankda baş vermişdir. Belə ki, dövr ərzində silinmələrin 74%-i (65 mln. manat) istehlak portfeli üzrə olmuşdur. Silinmələr nəzərə alınmadıqda sektor üzrə müvafiq əmsal 3% təşkil edi
QİK portfelinin gecikmə günləri üzrə strukturunda 1 ildən çox gecikmiş kreditlərin portfeldə payı azalmaqda davam edir. 2017-ci ildən etibarən bank sektorunun sağlamlaşdırılması fonunda 1 ildən artıq gecikmiş qeyri-işlək kreditlərin portfeldə payı 11.3 f.b. azalaraq 12.7%-dən 1.4%-ə enmişdir. 1 ildən yuxarı gecikmədə olan kreditlərin portfeldə payının azalmasına həmçinin banklar tərəfindən ümidsiz kateqoriyasında təsnifləşdirilmiş kreditlərin balansdan silinməsi müsbət təsir edir.
2024-cü ilin ilk yarımili ərzində biznes portfeli üzrə kredit risklərində nəzərəçarpan dəyişiklik olmamışdır. Ötən ilin sonu ilə müqayisədə biznes portfeli üzrə QİK-nin həcmi 7% artaraq 406 mln. manat təşkil etmişdir. Buna baxmayaraq, yeni verilən biznes kreditlərinin artım tempi qeyri-işlək kreditlərin artım tempini üstələdiyindən QİK əmsalı 0.1 f.b. azalaraq 2.9% təşkil etmişdir. QİK portfelinin biznesin sahələri üzrə dinamikasına da nəzər yetirdikdə kredit risklərində stabillik müşahidə edilir
İstehlak portfeli üzrə kredit riskləri diqqətdə saxlanılır. 2024-cü ilin ilk yarısında istehlak kreditləri üzrə qeyri-işlək portfelin həcmi nominal ifadədə 15% artaraq (30 mln. manat) 226 mln. manat olmuşdur. Buna baxmayaraq, ötən ilin sonu ilə müqayisədə istehlak kreditlərinin artım tempi də yüksək olduğundan, QİK əmsalı cəmi 0.2 f.b. (faiz bəndi) artaraq 3%-ə yüksəlmişdir. Qeyd edilib ki, istehlak kreditlərinin 52%-i sabit gəlirləri olan dövlət sektorunda çalışan şəxslərə verilmişdir.
İstehlak portfelinin artımı əsasən BGN>45% hesabına formalaşır. 2024-cü ilin ilk yarısında istehlak kreditləri üzrə artımın 53%-i (260 mln. manat) BGN>45% hesabına formalaşmışdır ki, bunun da əsas hissəsi 60%<BGN<70% üzrədir. İstehlak kreditləri üzrə Mərkəzi Bank tərəfindən həyata keçirilən prudensial siyasət əhalinin sağlam və məsuliyyətli borclanmasının təminatına, o cümlədən sektorun potensial təhdidlərdən qorunmasına hədəflənmişdir. Requlyativ çərçivəyə edilən dəyişikliklər əsasında BGN əmsalının yuxarı həddi üzrə 70% səviyyəsində imperativ limit müəyyən edilmiş, və yüksək BGN göstəricisi (BGN>45%) olan istehlak kreditləri üzrə risklərin azaldılması məqsədilə BGN əmsalına əsaslanan ehtiyatlanma tələbləri və risk dərəcələri sərtləşdirilmişdir.
Hesabtda deyilir ki, əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır. Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, yüksək kreditləşmə tempi nəticəsində əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir. Əhalinin borclanması dinamikası Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tənzimləmə siyasəti formalaşdırılır.
İpoteka portfeli üzrə QİK əmsalı son illərin ən aşağı həddindədir. 2024-cü ilin ilk yarısında ipoteka portfeli üzrə QİK-nin nominal həcmi 1.8% (0.72 mln. manat) artaraq 40 mln. manat təşkil etsə də, qeyri-işlək kreditlərin portfeldə payı 0.1 f.b azalaraq 1% olmuşdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
9 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 9 saat əvvəl
-
10 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























