Aqrar Kredit və İnkişaf Agentliyinin sədri dəyişib
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinə İdarə Heyətinin Sədri vəzifəsinə təyinat olub.
Marja.az-ın əldə etdiyi məlumata görə, Yalçın Camalov İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Yalçın Camalov özəl və dövlət sektorunda 15 ildən artıq təcrübəyə malik peşəkar rəhbərdir. Ali təhsilini Türkiyədə Qazi Universitetinin iqtisadiyyat və idarəetmə ixtisası üzrə almış, ABŞ-ın Yale Universitetinin İdarəçilik Məktəbinin “Sürətləndirilmiş Menecment” və MIT-nin Data, İqtisadiyyat və Proqramlarının Dizayn olunması “MicroMasters®” proqramının məzunudur. Layihələrin İdarəolunması İnstitunun Layihə idarəçiliyi üzrə peşəkar (PMP) ® beynəlxalq sertifikatın sahibidir.
Yalçın Camalov İqtisadiyyat Nazirliyinin Əmlak komitəsində aparıcı mütəxəssis, "Vest Consulting" MMC-də Baş menecer, "Detal Aluminium" MMC-də İcraçı Direktor vəzifələrində çalışmışdır. Karyerasını Əmlak Məsələləri Dövlət Komitəsində İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru vəzifəsində davam etdirən Yalçın Camalovun son iş yeri Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında Dövlət Nəzarəti Məsələləri şöbəsində monitorinq və təhlil sektorunun müdiri vəzifəsi olmuşdur.
İngilis və rus dillərini bilir. Ailəlidir, 2 övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)













