"Azərkosmos" Türkiyənin “Impro” şirkəti ilə əməkdaşlıq edəcək
"Azərkosmos" “Göktürk-1” peyki vasitəsilə əldə edilmiş təsvir və həllərdən istifadə edəcək.Bakıda keçirilən Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi (ADEX) çərçivəsində Azərkosmos ilə Türkiyənin “Impro” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqaviləyə əsasən, "Azərkosmos"un kommersiya portfelini genişləndirmək məqsədilə “Impro” şirkətinə məxsus “Göktürk-1” peyki vasitəsilə əldə edilmiş təsvir və həllərdən istifadəsi nəzərdə tutulur.
“Göktürk-1” yüksək ayırdetmə qabiliyyətinə malik Yerin məsafədən müşahidə peykidir. Coğrafi məhdudiyyət olmadan Yerin istənilən nöqtəsindən görüntü əldə etməyə imkan verir.
Peykin təsvirlərindən xəritəçəkmə və planlaşdırma, kənd təsərrüfatı, torpaq örtüyünün tədqiqi, geologiya, ətraf mühitin monitorinqi, fövqəladə halların idarə edilməsi, sahil zonasının idarə edilməsi və su ehtiyatları üzrə müxtəlif proqramların həyata keçirilməsində istifadə olunur.
“Impro” şirkəti ilə əməkdaşlıq Azərkosmosun müştərilərə təqdim etdiyi coğrafi informasiya üzrə həll və xidmətlərin sayının artırılması üçün yeni imkanlar açacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























