Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Azərbaycan Mərkəzi Bankı 2024-cü ildə 5-ci faiz qərarını açıqlayacaq.Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı 31 İyul 2024-cü il tarixində açıqlanacaqdır.
Marja.az xəbər verir ki, faktiki inflyasiya Mərkəzi Bankın hədəfindən (4%±2 faiz bəndi) çox aşağıdır, 2024-cü ilin iyun ayında da istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən düşmüşdür (deflyasiya), 2023-cü ilin iyun ayı ilə müqayisədə isə 0,7% artmışdır. Bu səbəbdən Azərbaycan Mərkəzi Bankının faizlərini bir müddət sabit saxlayacağı ehtimalı yüksəkdir. Mərkəzi Bank İyun ayında yaydığı press-relizində inflyasiya amillərinin tarazlıq səviyyəsinin, inflyasiyanın cari dinamikasının və pul siyasətindən kənar amillərin monetar şəraitə və məcmu tələbə təsirinin faiz dəhlizi parametrlərinin növbəti iclasda da dəyişməz saxlanılması ehtimalını yüksək saxladığını bildirmişdi.
Hazırda inflyasiyanın aşağı düşməsi həm də mövsümü amil ilə əlaqədardır. Adətən yay aylarında meyvə və tərəvəz qiymətlərinin düşməsi istehlak qiymətləri indeksinə azaldıcı təsir göstərir. Yayın başa çatması ilə qiymətlərdə bir qədər artım müşahidə olunacaqdır.
Eyni zamanda bir sıra tariflərin artırılması və bəzi tairflərin də artırılacağı gözləntiləri, dövlət büdcəsi xərclərinin artırılması inflyasiyanı sürətləndirə bilər. Bunlara baxmayaraq uçot dərəcəsinin dəyişdirilməsi gözlənilmir.
Mərkəzi Bank qeyd etmişdi ki, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır. Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir. Mərkəzi Bank əsas makroiqtisadi göstəricilər üzrə yenilənmiş proqnozlarını 2024-cü ilin iyul ayının sonunda elan edəcəkdir. Pul siyasəti ilə bağlı növbəti qərarlar faktiki inflyasiya və proqnozu, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaqdır.
Azərbaycan Mərkəzi Bankı İyun yığıncağında faizlərini sabit saxlamışdı. Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya amillərinin dinamikası və risk balansının qiymətləndirilməsi nəzərə alınmaqla qəbul olunmuşdu. Qeyd edilmişdi ki, inflyasiyanı artıran və azaldan amillərin bir-birini neytrallaşdırması faiz dəhlizi ilə bağlı qərarı şərtləndirən səbəblərdəndir.
Xatırladaq ki, 01 May 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.5%-dən 8.25%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi.
28 Mart 2024-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.75%-dən 7.5%-ə, faiz dəhlizinin yuxarı həddinin 8.75%-dən 8.5%-ə endirilməsi, faiz dəhlizinin aşağı həddinin isə 6.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdi.
31 yanvar 2024-cü il tarixində isə, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6.25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilmişdir.
Qeyd edək ki, 31 iyul 2024-cüil tarixində qərarın açıqlanması mətbuat konfransı ilə müşayiət olunacaqdır. Mərkəzi Bankın sədri Taleh Kazımov faiz qərarını oxuyacaq və jurnalistlərin suallarını cavablandıracaqdır. Qərarlar elan olunduqdan sonrakı iş günündə qüvvəyə minəcəkdir.
Uçot dərəcəsi:
02.05.2024 7.25%
29.03.2024 7.50%
01.02.2024 7.75%
21.12.2023 8.00%
02.11.2023 8.50%
04.05.2023 9.00%
30.03.2023 8.75%
02.02.2023 8.50%
Yuxarı həddi
02.05.2024 8.25%
29.03.2024 8.5%
01.02.2024 8.75%
21.12.2023 9.0%
02.11.2023 9.5%
04.05.2023 10.0%
30.03.2023 9.75%
02.02.2023 9.5%
Aşağı həddi
01.02.2024 6.25%
21.12.2023 6.5%
02.11.2023 7.0%
04.05.2023 7.5%
30.03.2023 7.0%
02.02.2023 6.75%
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
-
4 d. əvvəl
Prezident İlham Əliyev ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvünü qəbul edib
- 9 d. əvvəl
- 11 d. əvvəl
- 13 d. əvvəl
-
36 d. əvvəl
Azərbaycanda şirkətlərin sayı 6,5 faiz artaraq 209 mini keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan çay ixracından 3 milyon dollar qazanıb - 16,8% artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Bank of Baku-dan krediti 100% tam onlayn kredit əldə edin
Məşhur fast-food markası 2,7 milyard dollara satılır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft qiymətləri 3 ayın minimumlarına yaxın qalıb
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın nar ixracından gəliri azalıb
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb




















