Azərbaycan Sənaye Bankının xalis mənfəəti artıb
ASB (Azərbaycan Sənaye Bankı) 2024-cü ilin ilk 6 ayını (yanvar-iyun) 2 milyon 899 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 1 milyon 979 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ASB-nin xalis mənfəəti 2024-cü ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 920 min manat və ya 46,5% artıb.
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində ASB-nin cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 3 milyon 832 min manat və ya 18,2% artaraq 24 milyon 841 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 3 milyon 201 min manat və ya 17,4% artaraq 21 milyon 594 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 631 min manat artaraq 3 milyon 246 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 2 milyon 613 min manat).
Həmçinin, ilk 6 ayda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatdan azad olan 382 min manat mənfəətə əlavə olunub. 2023-cü ilin eyni dövründə ASB əməliyyat mənfəətindən 150 min manat ehtiyata ayırmışdı.
30 İyun 2023 – 30 iyun 2024 dövründə, ötən ilin sonu ilə müqayosədə ASB-nin cəmi aktivləri 10 milyon 805 min manat və ya 1,5% artaraq 718 milyon 338 min manata yüksəlib. Bankın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 17 milyon 353 min manat və ya 7,2% artaraq 258 milyon 523 min manata çatıb.
2024-cü ilin ilk 6 ayı ərzində ASB-də cəmi depozitlər 1 milyon 198 min manat və ya 0,3% artaraq milyon 435 milyon 427 min manata yüksəlib..
30 İyun 2024-cü il tarixində ASB 112 milyon 343 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 109 milyon 117 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 6 d. əvvəl
-
- 23 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
3 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti





.jpg)
.jpg)






.jpg)









