Səudiyyə Ərəbistanı borc almaqda Çini geridə qoyub
Bu il Səudiyyə Ərəbistanı 33,2 milyard dollarlıq beynəlxalq istiqraz emissiyası ilə Çini geridə qoyub və inkişaf etməkdə olan ölkələr arasında ən çox borc alan ölkə olub.Səudiyyə Ərəbistanı inkişaf etməkdə olan ölkələr arasında ən çox beynəlxalq istiqraz buraxan ölkə kimi Çini geridə qoyub. Beləliklə, Çinin beynəlxalq borc bazarında inkişaf etməkdə olan ölkələr arasında 12 illik liderliyinə son qoyulub.
Marja.az Bloomberg-in məlumatına istinadən xəbər verir ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanın 2030-cu ilə qədər "Vision 2030" planı Krallığın rekord sürətlə borc almasına səbəb olub.
Çin daxili borclanmaya diqqət yetirsə də, beynəlxalq emissiya son dövrlərin ən aşağı səviyyələrinə düşüb.
Səudiyyə Ərəbistanı hökumətinin və şirkətlərinin istiqraz satışı bu il 8 faiz artaraq 33 milyard dolları keçib. Bu rəqəmin yarıdan çoxunu dövlət istiqrazlarının buraxılışı, o cümlədən keçən ay 5 milyard dollarlıq sukuk sövdələşməsi təşkil edib.
Krallıq bu il gözlənilən təxminən 21 milyard dollarlıq maliyyə kəsirini bağlamağa kömək etmək üçün də alternativ maliyyə mənbələri tapmağa çalışır. "Vision 2030"u sürətləndirmək üçün bu il ümumi borclanmanın daha da artacağı gözlənilir.
Eyni dövrdə Çinin ümumi borclanması 23,3 milyard dollar olub.
Beynəlxalq istiqraz bazarının aktiv oyunçularından olan Türkiyə bu il beynəlxalq bazardan 17 milyard dollar borc alıb. Bu göstərici ilə Türkiyə inkişaf etməkdə olan bazarlar arasında ən çox borc alan beşinci ölkədir.
Ümumilikdə, inkişaf etməkdə olan ölkələrin beynəlxalq istiqraz satışları əvvəlki ilə nisbətən 28 faiz artaraq 291 milyard dollara çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur












.jpg)






