S&P: Azərbaycan qaz hasilatının pik həddinə yaxınlaşır
Azərbaycanın qaz hasilatı illik 35-36 milyard kubmetr civarında sabitləşib.
Bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib.
Qeyd edilib ki, BP tərəfindən idarə olunan Şahdəniz II əsas qaz yatağında (yaylada təxminən 16 milyard kubmetr hasilat) hasilat başlandıqdan sonra 2018-ci ildən Azərbaycanın qaz hasilatı əhəmiyyətli dərəcədə artıb. Türkiyə və Avropaya qaz nəql edən iki əlaqəli boru kəməri 2019 və 2020-ci illərdə istismara verilib. 2023-cü ilin iyul ayında TotalEnergies və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) birgə idarə etdiyi daha kiçik Abşeron qaz-kondensat yatağında (təxminən 1,5 milyard kubmetr) hasilat başlanıb. “Nəzərə alsaq ki, hasilat artımının böyük əksəriyyəti artıq baş verib, biz hesab edirik ki, Azərbaycan bir neçə il saxlanılacaq qaz hasilatının pik həddə çatmasına yaxınlaşır”- S&P əlavə edib.
XXX
Azərbaycanın neft hasilatı 2027-ci ilədək sutkada orta hesabla 650 min barel səviyyəsində qalacaq.
Bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilib.
Qeyd edilib ki, son illərdə Azəri-Çıraq-Günəşli kimi əsas neft yataqları köhnəlməkdə davam etdikcə hasilat sabit azalma tendensiyası nümayiş etdirir və 2019-cu ildəki sutkalıq 790 min bareldən 2023-cü ildə 650 min barelə enib.
“Bunun nəticəsidir ki, Azərbaycan OPEC+ tərəfindən ona ayrılan kvotadan aşağı hasilat həyata keçirir. Biz növbəti bir neçə ildə neft hasilatında müəyyən stabilləşməni gözləyirik, çünki bəzi yataqlarda davam edən azalma digərlərində kiçik tutum əlavələri ilə kompensasiya ediləcək. Uzunmüddətli dövrdə isə neft hasilatı azalmağa davam edəcək”- S&P əlavə edib.
“S&P Global Ratings” 2024-2027-ci illər üzrə Azərbaycanın iqtisadi artım proqnozunu müəyyən edib
2024-cü il üzrə real ümumdaxili məhsulda (ÜDM) artım proqnozu 1,5%-dən 2.5%-ə yüksəldilib.
S&P 2025-ci ildə ölkədə iqtisadi artımı 2%, ötən il açıqladığı 2026-2027-ci illərdə isə 1,5% proqnozlaşıdırıb.
Reytinq agentliyi həmçinin, 2024-cü il üzrə Azərbaycanda nominal ÜDM-in 76.08 milyard, 2025-ci üzrə 77 milyard, 2026-cı il üzrə 79 milyard, 2027-ci il üzrə isə 82 milyard ABŞ dolları həcmində proqnozlaşdırıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)









.jpg)







