Daha 6 “Startap” mənfəət və ya gəlir vergisindən azad edildi
Xidmət sektoru üzrə mobil tətbiq və onlayn platformalar yaratmış daha 6 KOB subyekti mənfəət və ya gəlir vergisindən azad edilib. “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb.Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 6 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 151-ə çatıb.
“Startap” şəhadətnamələri "Money-Tunnel" MMC-nin maliyyə təşkilatları ilə müştəriləri əlaqələndirən mobil tətbiqi, Rüfət Gülmalızadənin interaktiv video təlim və kommunikasiya platforması, "Yax" MMC-nin taksi sifarişi üçün mobil tətbiqi, "Jİ Studio" MMC-nin süni intellekt əsasında veb səhifələrin dizaynı və hazırlanması üçün platforma, Niyaz İsmayılovun interaktiv mükafatlandırıcı onlayn yarış platforması, "Ainuverse" MMC-nin video məzmun üzərindən ağıllı axtarış platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı keçiddən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
26 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
35 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 56 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib














.jpg)







