Apple-ın gəlirləri azalıb - iPhone satışları 10 faizdən çox düşüb
ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple-ın gəliri 30 Martda sona çatan 3 aylıq dövrdə illik müqayisədə 4 faiz azalıb. Geriləməyə baxmayaraq Şirkətin 90,8 milyard dollarlıq gəliri bazar proqnozunu üstələyib.Apple, 2024-cü maliyyə ilinin ikinci rübü hesab etdiyi 30 Martda bitən 3 aylıq dövr üzrə (yanvar-mart) balans hesabatını açıqlayıb.
Marja.az xəbər verir ki, şirkətin gəliri sözügedən dövrdə illik müqayisədə 4 faiz azalaraq 90,8 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə şirkət 94,8 milyard dollar gəlir əldə etmişdi.
Bazarın proqnozu Apple-ın sözügedən dövrdə gəlirinin 90,01 milyard dollar olacağı idi.
Eyni dövrdə Apple-ın xalis mənfəəti 2 faiz azalaraq 23,6 milyard dollar təşkil edib. Şirkətin xalis mənfəəti 2023-cü ilin eyni dövründə 24,2 milyard dollar olmuşdu.
Şirkətin səhm üzrə mənfəəti qeyd olunan dövrdə 1,52 dollardan 1,53 dollara yüksəlib.
Apple həmçinin 110 milyard dollarlıq səhmləri geri alacağını açıqlayıb. Sözügedən məbləğ şirkətin tarixində ən böyük səhm geri alış məbləğidir.
iPhone satışları 10 faizdən çox azalıb
Bu dövrdə Apple-ın smartfon və planşet satışları azalarkən, kompüter satışları artıb. 30 Martda sona çatan 3 aylıq dövrdə iPhone satışlarının məbləği keçən ilin eyni dövrünə görə 10,5 faiz azalaraq 45,9 milyard dollara geriləyib.
Eyni dövrdə iPad satışlarının məbləği 16,7 faiz azalaraq 5,56 milyard dollar, Mac satışlarının məbləği isə 3,9 faiz artaraq 7,5 milyard dollar olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)
.jpg)






.jpg)






