Starbucks boykotdan mənfi təsir görür - SATIŞLARI AZALIB
İsrailin Qəzzaya hücumları ilə əlaqədar olaraq etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biri olan Starbucks-ın gəlirləri yanvar-mart dövründə azalıb.
Marja.az xəbər verir ki, 31 Mart 2024-cü ildə başa çatan üç aylıq dövrü maliyyə təqvimində ikinci rüb hesab edən ABŞ-ın qəhvəxana şəbəkəsi Starbucks balans hesabatını açıqladyıb.
Şirkətin gəlirləri yanvar-mart dövründə illik müqayisədə 2% azalaraq təxminən 8,6 milyard dollara geriləyib. Bazar proqnozu şirkətin bu dövrdə 9,1 milyard dollar gəlir əldə edəcəyi idi.
Starbucks-ın bu dövrdə artması gözlənilən mağaza satışları da 4 faiz azalaraq 2020-ci ilin sonundan bəri ilk enişini qeyd edib. Starbucks mağazalarında da trafik 6 faiz azalıb.
Şirkətin keçən ilin yanvar-mart dövründə 79 sent olan səhmbaşına mənfəəti bu ilin eyni dövründə 68 sentə düşüb. Şirkətin səhmbaşına 79 sent mənfəət gətirəcəyi gözlənilirdi.
“Mənfi küləklər davam edir”
Starbucks-ın baş direktoru Laxman Narasimhan, şirkətin balans hesabatının açıqlanmasından sonra keçirdiyi investor telekonfransında, "Bu rübdəki performansımız məyusedici oldu və gözləntilərimizi doğrultmadı" deyib.
Bəzi əhəmiyyətli bazarlarda daha ehtiyatlı istehlakçının təsirini hiss etməyə davam etdiklərini qeyd edən Narasimhan, pisləşən iqtisadi vəziyyətin də müştəri trafikinə təzyiq edərək satışlara mənfi təsir etdiyini söyləyib.
Yaxın Şərqdə hələ də iqtisadi dalğalanmalar gördüklərini izah edən Narasimhan, bölgənin uzunmüddətli böyümə imkanlarına olan inamlarını qoruduqlarını ifadə edib.
Starbucks rəhbərləri əvvəlki rübdə satışların yavaşlamasını şirkətin İsrailə münasibətinin "səhv anlaşılması" səbəbindən şirkəti hədəf alan boykotlarla əlaqələndiriblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur





.jpg)








.jpg)





