Azərbaycanın qiymətli kağızlar bazarı 2 dəfədən çox böyüyüb
Bu ilin I rübündə Azərbaycanın qiymətli kağızlar bazarında 8 milyard 318,8 milyon manatlıq əməliyyat aparılıb.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur.
İllik göstəricinin 2 milyard 454 milyon manatlıq hissəsi ilkin bazarda (2,45 dəfə çox), 5 milyard 864,8 milyon manatlıq hissəsi təkrar bazarda (2,4 dəfə çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 3 290 əqd bağlanılıb. Bu, illik müqayisədə 15,4 % çoxdur. Əqdlərin 497-si ilkin bazarın (18,1 % çox), 2 793-ü isə təkrar bazarın (15 % çox) payına düşüb.
Yanvar-mart aylarında qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 2 milyard 200,4 milyon manatlıq hissəsi və yaxud 26,5 %-i dövlət qiymətli kağızlarının, 1 milyard 238,2 milyon manatlıq hissəsi və yaxud 14,9 %-i korporativ qiymətli kağızların, 4 milyard 880,2 milyon manatlıq hissəsi və yaxud 58,7 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, əvvəlki ilə nisbətən müvafiq olaraq 2,1 dəfə, 2,8 dəfə və 2,5 dəfə çoxdur.
İl ərzində bu bazarda bağlanmış əqdlərin isə 771-i və yaxud 23,4 %-i dövlət qiymətli kağızlarının, 974-ü və yaxud 29,6 %-i korporativ qiymətli kağızların, 1 545-i və yaxud 47 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar isə illik müqayisədə müvafiq olaraq 58 %, 0,3 % və 11,1 % çoxdur.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 11 d. əvvəl
- 14 d. əvvəl
- 16 d. əvvəl
- 16 d. əvvəl
- 32 d. əvvəl
-
53 d. əvvəl
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Ən çox oxunanlar
Həyat sığortası yığımlarda liderdir
Könüllü sığortalar bazarın əsas hissəsini formalaşdırıb
Süni xüsusi intellektdən süni fövqəl intellektə doğru: insan “cini şüşədən buraxıb”, deyəsən!
Topladıqları hər 100 manatın orta hesabla 49,9 manatını ödəniş kimi həyata keçiriblər - Ödəniş/yığım nisbəti 50%-ə yaxındır
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA













.jpg)




