Yaşıl gübrələrlə bağlı əməkdaşlıq Sazişi imzalanıb
SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər16 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti arasında Yaşıl gübrələrlə bağlı əməkdaşlıq Sazişi imzalanıb.
Sənədi SOCAR-ın vitse-prezidenti Anar Məmmədov və “ACWA Power” şirkətinin Hidrogen üzrə qlobal rəhbəri və vitse-prezidenti Driss Berraho imzalayıblar.
Tədbirdə 2 fevral 2023-cü il tarixində şirkətlər arasında Azərbaycan Respublikasında dənizdə və quruda külək, günəş və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair Əməkdaşlıq haqqında Sazişin imzalandığı məmnunluqla qeyd olunub.
Bu xüsusda yeni imzalanan sənədin “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsi çərçivəsində yaşıl gübrələrin (əsasən karbamid olaraq) potensial istehsalı və sonrakı satışı üzrə əməkdaşlığı nəzərdə tutduğu qeyd edilib. Sazişə əsasən, “ACWA Power” şirkətinin “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsinin bərpa olunan enerji və yaşıl hidrogenin istehsalına aid olan hissələrində aparıcı rol oynayacağı vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























