Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib
Energetika naziri Pərviz Şahbazov Əbu-Dabidə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Avropa Enerji Qrupunun direktoru Qrzeqorz Zielinski ilə görüşüb.
Görüşdə enerji sektorunda Bankla əməkdaşlığın prioritet istiqamətləri üzrə müzakirələr aparılıb. AYİB ilə bərpa olunan enerji potensialının artırılması, şəbəkənin təkmilləşdirilməsi, enerji səmərəliliyi, aşağı karbonlu iqtisadiyyat və “Qaradağ” GES-in maliyyələşməsi üzrə əməkdaşlığın yaşıl enerji keçidinə töhfə verdiyi qeyd olunub.
Enerji Effektivliyi Fonduna, enerji səmərəliliyi sahəsində pilot layihələrin həyata keçirilməsinə AYİB-in dəstək imkanları, bərpa olunan enerji hərraclarının keçirilməsi layihəsinin, elektroenergetika sektorunda aşağı karbonlu həll yolları üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Günəş enerjisi üzrə ilk hərracın keçirilməsi ilə bağlı proseslərə tezliklə başlanacağı qeyd olunub. Azərbaycan (Naxçıvan)-Türkiyə-Avropa enerji xətti, Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi layihələri, 1 QVt gücündə günəş-külək enerjisi stansiyalarının şəbəkəyə qoşulması, enerji sisteminin modernləşdirilməsi ilə bağlı əməkdaşlıq məsələləri müzakirə edilib. Söhbət zamanı “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstək” layihəsi çərçivəsində müvafiq sahədə qanun layihəsinin hazırlanması ilə əlaqədar son vəziyyət də dəyərləndirilib. Həmçinin COP29 çərçivəsində enerji sahəsində fəaliyyət planları nəzərdən keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
7 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
7 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
9 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























