ABB 2 sektor üzrə araşdırma hesabatlarını təqdim etdi!
ABB 2 maraqlı hesabatı ictimaiyyətə təqdim edib. Araşdırmalardan biri Bakı şəhərində daşınmaz əmlak bazarı ilə bağlıdır. Digər hesabat isə pərakəndə ticarətlə əlaqədar mövcud vəziyyəti, bu sahədə əsas inkişaf trendlərini əks etdirir. Hər iki hesabat Bankın apardığı geniş araşdırmalara əsaslanır.
“Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili” adlı hesabatda bazardakı qiymət dəyişikliklərinə diqqət yönəlib. Bazar göstəriciləri və əməliyyatları izlənib. Araşdırma daşınmaz əmlak bazarında baş verən dəyişikliklərin əsas səbəblərinin müəyyənləşdirilməsinə, gələcəkdə baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılmasına xidmət edir.
“Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr” adlı hesabatda isə 2023-cü il üzrə pərakəndə ticarət dövriyyəsi araşdırılıb. Pərakəndə ticarətin sektorlar, bazar payları, məhsul qrupları, coğrafi təsnifat və s. bölgülər üzrə ətraflı təhlili aparılıb.
Qeyd edək ki, maraqlı tərəflər üçün faydalı olan bu cür ətraflı araşdırmaların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. ABB bununla belə bir təcrübəni ilk dəfə ölkəmizdə də tətbiq etməyə başlayıb. Bu başlanğıcın davamı kimi Bank araşdırmaları yaxın gələcəkdə daha da genişləndirərək təkmilləşdirəcək.
Hər iki hesabatla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
1 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
1 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
1 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
1 saat əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)
.jpg)









.jpg)







